Bölmələr
Menecment informasiya sistemləri şöbəsinin aparıcı eksperti
Bitmə tarixi: 30 Noyabr 2026
Vəzifə funksiyaları
ETL/ELT data pipeline-larının dizaynı, hazırlanması, test edilməsi və dəstəklənməsi.
Core banking və digər əməliyyat mənbə sistemlərindən məlumatların inteqrasiyası.
Mənbə sistem cədvəllərinin təhlili və source-to-target mapping-lərin hazırlanması.
Fakt cədvəllərinin, dimensiyaların, istinad (reference) məlumatlarının, data mart-ların və tarixi məlumat strukturlarının dizaynı və dəstəklənməsi.
Tam (full) və artımlı (incremental) məlumat yükləmə proseslərinin həyata keçirilməsi.
Məlumatların yoxlanılması (validation), uzlaşdırılması (reconciliation), loglama, monitorinq və xətaların idarə olunması mexanizmlərinin hazırlanması.
ETL job-larının monitorinqi, uğursuz və ya gecikən yükləmələrin araşdırılması.
SQL sorğularının, PL/SQL proqramlarının, verilənlər bazası obyektlərinin və ETL iş axınlarının hazırlanması və optimallaşdırılması.
Biznes analitiklər, hesabat developerləri, verilənlər bazası administratorları, informasiya təhlükəsizliyi komandaları və biznes tərəfdaşları ilə əməkdaşlıq.
Data modelləri, ETL iş axınları, asılılıqlar və transformasiya qaydaları üzrə texniki sənədlərin hazırlanması və yenilənməsi.
Bankın informasiya təhlükəsizliyi, giriş nəzarəti (access control), audit və data governance tələblərinə riayət.
Gələcək data lake, streaming və qabaqcıl analitika təşəbbüslərinə töhfə vermək.

Yumşaq bacarıqlar
  • Təşəbbüskarlıq
  • Nəticəyə yönümlülük
  • Məsuliyyət
Digər şərtlər
Data engineering, ETL development, verilənlər bazası development-i və ya oxşar vəzifədə ən azı bir il təcrübə.
SQL və PL/SQL üzrə güclü praktiki bilik.
PL/SQL procedure, function, package-lərin və mürəkkəb SQL sorğularının hazırlanması təcrübəsi.
ETL/ELT pipeline-larının dizaynı, hazırlanması və dəstəklənməsi təcrübəsi.
Ən azı bir enterprise ETL alətində praktiki təcrübə.
Oracle və/və ya PostgreSQL kimi relyasiya verilənlər bazaları ilə iş təcrübəsi.
ETL arxitekturasını, tam və artımlı yükləmə pattern-lərini başa düşmək.
Data Warehouse arxitekturasını və dimensional data modelləşdirməni başa düşmək.
Fakt cədvəlləri, dimensiyalar, data mart-lar və tarixi məlumatlarla iş təcrübəsi.
Data validation, reconciliation, problemlərin aradan qaldırılması (troubleshooting) və performans optimallaşdırılması təcrübəsi.
Git və ya digər versiya nəzarəti sistemini bilmək.
Üstünlük təşkil edən bacarıqlar

Aşağıdakı bacarıqlar üstünlük sayılacaq:

Məlumatların emalı və avtomatlaşdırma üçün Python bilikləri.
Paylanmış məlumat emalı üçün Apache Spark və ya PySpark təcrübəsi.
Məlumatların toplanması və inteqrasiyası üçün Apache NiFi təcrübəsi.
Apache Airflow və ya digər workflow orkestrasiya platforması təcrübəsi.
Apache Kafka və ya digər mesajlaşma platforması bilikləri.
Data lake və lakehouse arxitekturaları ilə tanışlıq.
Docker, Kubernetes və CI/CD təcrübələri haqqında bilik.
Data keyfiyyəti, metadata idarəetməsi, data lineage və data governance anlayışı.
Bankçılıq və ya maliyyə xidmətləri sahəsində əvvəlki təcrübə.
Təhsil
Kompüter elmləri, informasiya texnologiyaları, mühəndislik, riyaziyyat və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi.
Dil biliyi
  • Azərbaycan - Mükəmməl
  • Rus - Orta
  • İngilis - Orta
Sosial şəbəkələrdə paylaş
Vakansiya tarixi
24 Noyabr 2026
Bitmə tarixi
30 Noyabr 2026
Təhsil səviyyəsi
Ali təhsil - bakalavriat
Sahə üzrə iş təcrübəsi
3 - 5 il
Struktur
Proqramlaşdırma departamenti / Menecment informasiya sistemləri şöbəsi
Ünvan
Bakı, Ağa Nemətulla küç. 219
Abunə olmaqla bütün yeniliklərimizdən eləcə də aktiv vakansiyalardan xəbərdar ola bilərsiniz