-Bankın daxili qaydalarına əsasən müəyyən olunmuş limitlər çərçivəsində müraciət olunmuş ərizələrin təhlilində iştirak edir;
-Müəyyən olunmuş limitlər çərçivəsində ərizələrin rəsmiləşdirilməsini təmin edir;
-Götürülmüş kreditin ödənişi üçün müraciət etmiş müştərilərin ödənişini qəbul edir;
-Verilmiş kreditlərin təminatı kimi tələb olunan əmlakların İstehlak kreditləri bölməsinin girov qeydiyyatına götürülməsi və çıxarılması barədə sənədlərin hazırlanmasını təmin edir.
-Fiziki və hüquqi şəxslərə Bankın əmanət məhsulları barədə ətraflı məlumat verir və bağlanılacaq əmanət müqavilələrini rəsmiləşdirərir;
-Fiziki və hüquqi şəxslər üzrə bütün növ bank hesablarının açılması, yenidən rəsmiləşdirilməsi və bağlanılması ilə bağlı danışıqları aparır, sənədləri qəbul edir, yoxlayır və müvafiq hesablar açır.
İqtisadiyyat və ya idarəetmə ixtisasları üzrə ali təhsil tələb olunur.