- Bankda işçilərin ümumi yığım, seçim, yerləşdirmə prosedurlarını həyata keçirir;
- Namizədlərin ilkin seçimi üçün sınaq testlərinin keçirilməsini, nəticələrin toplanmasını həyata keçirir, testlərin mütəmadi olaraq yenilənməsini təmin edir;
- İşə yeni qəbul olunmuş əməkdaşların istiqamətləndirilməsi (adaptasiyası) qaydalarını/proqramını hazırlayır və onların həyata keçirilməsinə nəzarət edir;
- Yeni işçilərin adaptasiyası proqramı çərçivəsində qısamüddətli təlimlərin keçirilməsini təmin edir;
- Bankın illik və rüblük işəgötürmə planının hazırlanmasında iştirak edir və planın həyata keçirilməsinə nəzarət edir;
- Yeni işçilərin qəbuluna aidiyyatı olan struktur bölmələri işə yeni qəbul olunmuş işçi haqda məlumatlandırır;
- Açıq vakansiyalar haqda məlumatın bankın saytında, KİV-də və müxtəlif internet saytları yerləşdirilməsini və onlarla ilik müqavilələrin imzalanmasını təmin edir;
- Müxtəlif dövlət və özəl qurumlar tərəfindən keçirilən əmək sərgilərində bankı təmsil edir və namizədlərə bank, bankın təqdim etdiyi vakant yerlər haqqında məlumat verir;
- CV bazasının yaradılmasını, açıq vakansiyalara uyğun CV-lərin seçilməsini təmin edir;
- Namizədlərlə müsahibələrin keçirilməsini, keçirilmiş müsahibələrin nəticələrinin rəsmiləşdirilməsini təmin edir;
- İşçi seçimi ilə əlaqədar müxtəlif sənədləri mütəmadi olaraq nəzərdən keçirir və onların təkmilləşdirilməsi üçün təkliflərlə çıxış edir;
- Ehtiyac olduqda, İşçi seçimi ilə əlaqədar müxtəlif İşəgötürmə şirkətləri ilə danışıqlar aparır, onlarla müqavilələrin imzalanmasını təmin edir;
- Rüb ərzində aparılmış seçimlərin analizini həyata keçirir (seçim sürəti, vakansiyaya müraciət edən namizədlərin sayı və s. ) və seçim prosesini təkmilləşdirəcək təkliflərlə çıxış edir;
- İşçi yığımı və seçimi ilə bağlı büdcənin hazırlanmasını təmin edir və büdcə xərcləri ilə bağlı rüblük və illik hesabatları hazırlayır;
- Bankın struktur bölmələrindən daxil olan Tələb blanklarının qeydiyyatını və təminatını həyata keçirir;
- Seçilmiş uyğun namizədin müvafiq sənədlərinin toplanılması və Personal şöbəyə təqdim edilməsini təmin edir;
- Bankda təcrübə keçən təcrübəçilərin rəsmiləşdirilməsini aparır, onların məlumat bazasını yaradır;
- Sınaq müddətində olan işçilərin nəticəsinin təqib edir və onların məlumat bazasını hazırlayır;
- Kadr rezervinin yaradılması məqsədilə Universitetlərlə əməkdaşlıq proqramlarının həyata keçirilməsində birbaşa iştirak edir;
- İşdən gedən əməkdaşların işdən getmə səbəbini öyrənir və onların məlumat bazasını yaradır (səbəblərin öyrənilməsi və s.);
- Perspektiv işçi seçimi məqsədilə müxtəlif Universitetlərlə əməkdaşlıq proqramlarını koordinasiya edir, proqram çərçivəsində hazırlanmış fəaliyyət planının həyata keçirilməsini təmin edir;
- Əməkdaşların Tibbi sığortası istiqamətində sığorta şirkəti ilə əməkdaşlıq edir və sığorta məsələləri ilə bağlı cari işləri həyata keçirir;
- Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir;
- Bilavasitə rəhbəri və sahə rəhbərinin əmək müqaviləsi, departamentin Əsasnaməsi və fəaliyyətinə dair digər bankdaxili korporativ aktların vəzifə öhdəliklərinə aid olan göstərişlərindən irəli gələn tapşırıq və sərəncamlarını qeyd-şərtsiz yerinə yetirir.
- İdarəetmə şöbəsinin eksperti bankda öz əmək funksiyalarını yerinə yetirən zaman, bankın struktur bölmələrinin cari iş ahənginin pozulmasına və komandadaxili münasibətlərin pisləşməsinə təsir göstərən hərəkətlərə yol verməməlidir.