Bölmələr
Təhlükəsizlik şöbəsinin eksperti
Bitmə tarixi: 01 Oktyabr 2023
Vakansiya aktiv deyil.
Vəzifə funksiyaları
- İşçilərin, müştərilərin və kənar şəxslərin bankın ofislərinə daxil olması və onların ofisdaxili hərəkət qaydalarına nəzarət edir və bunu tənzimləyir
- Oğurluq, qarət, yanğın, çaxnaşma, təbii fəlakət zamanı Bankın obyektlərinin qorunmasını təmin edir
- Bankın müştəriləri və qonaqlarının qarşılanması, ofis daxilində lazımi yerə istiqamətləndirilməsi və yola salınmasını təmin edir
- Təhlüksəizliyini qoruduğu obyektə icazəsiz daxil olmanın qarşısını alır
- Təhlükəsizliyini qoruduğu obyektdə müxtəlif əlaqələndirici cihazlardan istifadə edir
- Təhlükəsizliyini qoruduğu obyektdə siqnalizasiya sistemi ilə yaranan nasazlığın aşkar edilməsini və aradan qaldırılmasını təmin edir
- Təmir-profilaktika işləri zamanı binaya giriş-çıxışlara nəzarəti gücləndirir
- Bankın obyektlərində baş verə biləcək cinayətə qəsd zamanı aidiyyatı dövlət orqanları və onların nümayəndələrinə ətraflı dəstək göstərir
- Obyekt daxilində travma və xəsarət alındıqda ilkin tibbi yardımın göstərilməsini təmin edir
- Təsdiqlənmiş plana əsasən ona verilmiş səlahiyyətlər çərçivəsində bankda məxfi sayılan məlumatın sızmasının qarşısını alır
- Bankda xidmət göstərən dövlət mühafizə xidmətinin nümayəndəsi ilə qarşılıqlı anlayış şəraitində əməkdaşlıq edir
- Bankın rəhbərliyi və işçilərinin təhlükəsizliyinin qorunmasını təmin edir
- Təhlükəsizliyini qoruduğu obyektdə maliyyə vəsaiti, maddi qiymətlilər, yeni texnologiyaların qorunmasını təmin edir
- Təhlükəsizliyini qoruduğu obyektdə nəzarət kameralarının işlək vəziyyətdə olmasına nəzarət edir və onlarla bağlı problem aşkar etdikdə, bu haqda təcili olaraq birbaşa rəhbərinə məlumat verir
- Əmək müqaviləsi, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir.
- Bilavasitə rəhbəri, sahə rəhbəri və İdarə Heyətinin sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir.
Yumşaq bacarıqlar
  • Məsuliyyət
  • Nizam intizam
  • Cəsarət
  • Situativ davranış
  • Detallara diqqət
  • Etik davranış
  • Konfliktlərin idarə edilməsi
Digər şərtlər
- Vəzifələrini həyata keçirən zaman ortaya çıxan vacib məsələlər barədə subordinasiya qaydalarına uyğun olaraq bilavasitə rəhbərinə müraciət edir və məsələlərin həlli istiqamətində onunla əməkdaşlıq edir.
- Əmək fəaliyyəti prosesində Bankın struktur bölmələrinin cari iş ahənginin pozulmasına və komandadaxili münasibətlərin pisləşməsinə təsir göstərən hərəkətlərə yol verməməlidir.
Sosial şəbəkələrdə paylaş
Vakansiya tarixi
30 Avqust 2023
Bitmə tarixi
01 Oktyabr 2023
Təhsil səviyyəsi
Tələb olunmur
Sahə üzrə iş təcrübəsi
Tələb olunmur
Ünvan
Bakı, Atatürk pr., 42
Abunə olmaqla bütün yeniliklərimizdən eləcə də aktiv vakansiyalardan xəbərdar ola bilərsiniz