Bölmələr
Ümumi audit şöbəsinin müfəttişi
Bitmə tarixi: 31 Yanvar 2025
Vəzifə funksiyaları
- Mövcud proseslərin qanunvericilik və Bankdaxili qaydalar əsasında təhlili və qeydiyyatının aparılması;
- Təsdiq olunmuş illik audit planına əsasən audit layihələrinin həyata keçirilməsində iştirak etmək;
- Cari tariflər və qaydalar üzrə kənarlaşmaların müəyyən olunması və onların səbəblərinin araşdırılması;
- Müvafiq proseslər üzrə risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi;
- Müvafiq proseslər üzrə tətbiq olunmuş nəzarət tədbirlərinin effektivliyinin qiymətləndirilməsi;
- Aparılmış yoxlamalara dair hesabatların hazırlanması;
- DAD (Daxili audit departamenti) fəaliyyətinin qaydalarına uyğun olaraq audit fəaliyyətinin həyata keçirilməsi;
- Audit fəaliyyətinə aid qanunvericilik və beynəlxalq praktikada qəbul olunmuş digər vəzifələrin həyata keçirilməsi;
- DAD əsasnaməsindən irəli gələn və bu vəzifə öhdəliklərinə zidd olmadan DAD rəhbərinin ona həvalə etmiş olduğu digər işlərin görülməsi.
Yumşaq bacarıqlar
  • Qətiyyətlilik
  • Məsuliyyət
  • Nizam intizam
  • Nəticəyə yönümlülük
  • Detallara diqqət
  • Analitik düşünmə qabiliyyəti
Digər şərtlər
- Ali təhsil (iqtisadi və ya hüquqi);
- Daxili audit, risklərin idarəolunması, daxili nəzarət və oxşar sahələrdə minimum 1 il iş təcrübəsi;
- Audit üzrə yerli və beynəlxalq qanunvericilik, beynəlxalq audit standartları üzrə biliklər arzuolunandır.
- Analitik düşünmə qabiliyyəti olmalı, riyazi və məntiqi təfəkkürə malik olmalı;
- Məsuliyyətlilik və özünütənqid qabiliyyəti olmalı;
- Yüksək qavrama, öyrənmə və insanları inandırma qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Dil bilikləri: Azərbaycan dili mükəmməl, İngilis dili arzuolunandır;
- Microsoft Office (MS Excel,Word və s.) proqramlarında əla səviyyədə işləmək bacarığı, SQL bilikləri (arzu olunandır).
Dil biliyi
  • Azərbaycan - Mükəmməl
  • İngilis - Orta
Kompüter biliyi
  • Microsoft Office(Word,Excel,Power Point) - Yüksək
  • SQL - Başlanğıc
Sosial şəbəkələrdə paylaş
Vakansiya tarixi
11 Yanvar 2024
Bitmə tarixi
31 Yanvar 2025
Təhsil səviyyəsi
Ali təhsil - bakalavriat
Sahə üzrə iş təcrübəsi
1 - 3 il
Struktur
Daxili audit departamenti / Ümumi audit şöbəsi
Ünvan
Bakı, Atatürk pr. 50A
Abunə olmaqla bütün yeniliklərimizdən eləcə də aktiv vakansiyalardan xəbərdar ola bilərsiniz