1. Verilənlər bazalarına aid olan bütün problem və nasazlıqların aradan qaldırılması;
2. Məlumat bazalarının dayanıqlı və fasiləsiz fəaliyyətinin təmin edilməsinə nəzarət edilməsi;
3. Verilənlər bazaları üzrə günlük və həftəlik ehtiyat nüsxələrin alınmasına nəzarət edilməsi və yaranan problemlərin aradan qaldırılması;
4. Yedək bazaların sinxron qalmasına nəzarət edilməsi və yaranan problemlərin aradan qaldırılması;
5. ETL proseslərinin fasiləsiz fəaliyyətinin təmin edilməsi və yaranan problemlərin aradan qaldırılması;
6. Yeni verilənlər bazalarının tələbə uyğun formada qurulması;
7. Verilənlər bazaları üzrə istifadəçilərin idarə olunması səlahiyyətlərin və istifadəçi profillərinin tənzimlənəsi;
8. Verilənlər bazalarının audit olunmasını təmin etmək;
9. Verilənlər bazaları üzrə performansın idarə edilməsi və daim optimizasiya işlərinin görülməsi;
10. Yeni qurulmuş bazalar üzrə ehtiyat nüsxələmə strategiyasının hazırlanması;
11. Problem yaranan zaman ehtiyat nüsxələrdən bazanın bərpa edilməsi;
12. Yeni ETL proseslərinin yaradılması
13. Tələbə uyğun olaraq yeni yedək bazaların qurulması;
14. Verilənlər bazaları üzrə miqrasiya proseslərinin icra edilməsi;
15. Verilənlər bazalarının versiya yenilənməsi proseslərinin icrası;
16. Ehtiyac yarandığı halda yedək bazalardan tam keçid və yaxud natamam keçid proseslərinin icra edilməsi;
17. Tələbə uyğun olaraq digər verilənlər bazalarının idarəolunmasına xidmət edən sistemlərin qurulması və nəzarət edilməsi;
18. İnformasiya texnologiyaları ilə əlaqədar bankdaxili qaydalara uyğun olaraq, digər struktur, filial və müştərilərdən məlumatlar almaq;
1. Müvafiq sahə üzrə ali təhsil;
2. Beynəlxalq praktikada qəbul edilən digər bilik, təcrübə və keyfiyyətlərə malik olması.
3. Monitorinq sistemləri ilə işləmə bacarığı;
4. Oracle, MS SQL, PostgeSQL verilənlər bazalarının idarə olunması üzrə minimum 3 illik iş təcrübəsi;
5. Oracle verilənlər bazasının arxitekturası üzrə yüksək biliklər;
6. Oracle məhsul və texnologiyaları üzrə bilik və iş təcrübəsi (RMAN, RAC,ASM, Data Guard, Golden Gate);
7. Oracle (High Availability) həlləri üzrə biliklər;
8. Oracle (Disaster Recovery) nasazlıqların bərpa həlləri üzrə biliklər;
9. UNİX/ Linux əməliyyat sistemləri üzrə biliklər;
10. Linux üzrə bash scriptlər hazırlama bacarığı
11. SQL, PL/SQL programlaşdırmaları üzrə biliklər;
12. Problem həll etmə və analiz bacarıqları;
13. OCA, OCP sertifikatları ;
14. İnformasiya təhlükəsizliyinin əsasları barədə müvafiq anlayış;
15. Məsuliyətlilik, diqqətlilik, lazım gəldikdə gərgin iş rejimində işləməyə hazır olmaq;