- İcraatında olan işlər üzrə borclu və zaminlərlə telefon əlaqəsi saxlayır, onlara Banka olan borcları barədə ətraflı məlumat verir, zərurət olduqda onları banka dəvət edir, borcun ödətdirilməsi məqsədilə onlarla danışıqlar aparır, habelə borcun ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun olaraq görüləcək tədbirlər və məsuliyyət növləri barədə məlumat verir;
- Borcluların və zaminlərin ünvanlarına bildirişlər, xəbərnamələr, məktublar və s. göndərir;
- Zərurət yarandıqda borcluların və zaminlərin yaşayış və ya iş yerlərinə gedir;
- İcra qurumları ilə əməkdaşlıq edərək icra sənədlərinin icra olunması işində iştirak edir;
- İcra tədbirləri üzrə qəbul olunmuş qərarların icrasını nəzarətdə saxlayır;
- Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının və notariusun icra qeydlərinin yenidən icraya yönəldilməsini təmin edir;
- İcra qurumlarına təqdim olunması məqsədilə, borcun borclunun əmək haqqı, pensiya və ya digər gəlirlərinə yönəldilməsi barədə bankın müraciət məktublarının hazırlanılmasının və müvafiq olaraq həmin məktubların icra qurumlarına təqdim edilməsinin, habelə icra qurumları tərəfindən borcun borclunun əmək haqqı, pensiya və ya digər gəlirlərinə yönəldilməsinin təmin edilməsini ağlabatan müddətdə icra edir;
- Banka daxil olan pul vəsaitlərinin aidiyyatı üzrə köçürülməsi üçün müvafiq tədbirləri görür;
- İcra sənədlərinin icra olunması üçün zəruri olan digər tədbirlərin görülməsi işini təşkil edir;
- Görülmüş icra tədbirləri ilə bağlı müvafiq statusların vurulması üçün lazımi işləri görür;
- İcra sənədləri ilə bağlı banka daxil olan sorğu, şikayət, ərizə və müraciətlərə baxır, qanunvericiliyə müvafiq olaraq cavabların hazırlanılması ilə bağlı baş hüquqşünas(lar) və aparıcı hüquqşünas(lar)la məsləhətləşir və müvafiq tədbirlər görür;
- İcra tədbirləri ilə bağlı ərizə və şikayətlərin hazırlanılması, habelə digər hüquqi məsələlərlə bağlı baş hüquqşünas(lar) və aparıcı hüquqşünas(lar)a müraciət edir;
- İcra etdiyi işlər üzrə zərurət olduqda bölmə rəhbəri, QİŞ müdiri və ya MİHD direktoru ilə məsləhətləşmələr aparır və onların qərarlarına uyğun tədbirlər həyata keçirir;
- Görülən bütün tədbirlər və onların nəticələri barədə müvafiq bank proqramına lazımi qeydləri daxil edir;
- Şöbənin icraatında olan bağlanmış işlərin reyestrini aparır və müvafiq struktur bölməyə verilməsini təmin edir;
- Görülmüş tədbirlər və onların nəticələri barədə birbaşa rəhbərinə məlumat verir;
- Baş hüquqşünas(lar)ın, baş ekspert(lər)in və aparıcı hüquqşünas(lar)ın iş ilə bağlı tövsiyyələrinə əməl edir;
- Əmək müqaviləsi, departamentin əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir;
- Əmək funksiyaları çərçivəsində bilavasitə rəhbəri və yuxarı rəhbərlər tərəfindən verilən qanuni tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir.
- Vəzifələrini həyata keçirən zaman ortaya çıxan vacib məsələlər barədə subordinasiya qaydalarına uyğun olaraq bilavasitə rəhbərinə müraciət edir və məsələlərin həlli istiqamətində onunla əməkdaşlıq edir;
- Əmək fəaliyyəti prosesində bankın struktur bölmələrinin cari iş ahənginin pozulmasına və komandadaxili münasibətlərin pisləşməsinə təsir göstərən hərəkətlərə yol verməməlidir.