- Bankın kredit məhsullarının, bütün növ kreditlərin verilməsi üzrə prosedur və qaydaların təkmilləşdirilməsi və catışmazlıqların aradan qaldırılması barədə bölmə rəhbərinə təkliflər verir.
- Borcalanın ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətində baş verən dəyişiklikləri izləmək, proqnozlar hazırlamaq, sifarişin məqsədə uyğunluğunu və effektivliyini qiymətləndirməklə kreditin verilməsi barədə yekun rəy bildirir;
- Müraciətlər əsasında Kiçik və Orta Sahibkarlıq subyektləri üzrə sənədli əməliyyatların aparılması, restrukturizasiya və ya şərtlərinə əlavə və dəyişikliklərin edilməsi üzrə müştərinin təhlili həyata keçirir və onlar barədə rəy verir;
- Bankın biznes portfelinə daxil olan kreditlərin müxtəlif aspektlərdən təhlilini aparır;
- Təqdim olunan kredit təkliflərinə ilkin baxış keçirilməsi və müzakirəsində iştirak edir;
- Müştərinin maliyyə təhlili, monitorinqi və nəzarət səfərlərinin aparılmasını həyata keçirir;