- Bankın potensial müştərilərini mikrokreditlər proqramına cəlb etmək məqsədilə birbaşa marketinqi həyata keçirir;
- Mikrokredit almaq üçün müraciət edən şəxslərə kredit məhsulunun şərtləri barədə məlumat verir;
- Ərizəçilər haqqında ilkin məlumatları toplayır;
- Toplanmış məlumatları təhlil edir və mümkün olan vasitələrlə yoxlayır;
- Ərizəçinin biznesinin maliyyə təhlilini həyata keçirir, mənfəət və zərər hesabatı nəticəsində aylıq ödəniş qabiliyyətini dəqiq müəyyən edir;
- Ərizəçinin fəaliyyəti ilə bağlı və ödəniş qabiliyyətinə təsir edən digər riskləri müəyyən edir;
- Analitik formulyar tərtib edir və doldurur. Ərizəçinin fəaliyyəti ilə bağlı olan bütün zərüri sənədlərin əslini və ya surətini formulyara əlavə edir;
- Kreditin verilməsi ilə bağlı təklif hazırlayır , kredit işini Xidmət qurumunun kredit komitısinə/Xidmət qurumunun kiçik kredit komitəsinə(bundan sonra”XQKK/XQKKK”) və Anderraytinq şöbəsinə təqdim edir;
- XQKK/XQKKK-də iştirak edir;
- XQKK/XQKKK-də təsdiq edilmiş kreditin verilməsi şərtlərinin yerinə yetirilməsinə nəzarət edir, iş sıxlığını nəzərə alaraq lazım gəldikdə kreditləri özü sənədləşdirir;
- İdarə etdiyi və ya ona təhkim edilmiş kredit portfelinin artımına və keyfiyyətinə nəzarət edir;
- İş təcrübəsinə əsasən Bank tərəfindən müəyyən olunmuş hədəfləri yerinə yetirir;
- Bankdaxili qaydalara əsasən mütəmadi olaraq borclunun biznesinin monitorinqini həyata keçirir.
- Bankın daxili qaydalara və işguzar adətlərə əsasən öz vəzifələrini məsuliyyətlə yerinə yetirir, əmək intizamına, davamiyyətə və geyim qaydalarına riayət edir;
- Bankın daxili qaydalarına əsasən, problemli kreditləri təqib edir, müştərilər və zaminlərlə görüşlər keçirir;
- Filialın Mikrokreditlər bölməsinin əməkdaşlarını Iştirak etdiyi təlimlərdə əldə etdiyi zəruri bilgiləri məlumatlandırır;
- Bank tərəfinfən verilmiş etibarnaməyə əsasən müəyyən edilmiş səlahiyyətlər çərçivəsində Bankı Dövlət orqanları qarşında təmsil edir;
- İmzalanmış iltizama əsasən bank və kommersiya sirrinin qorunmasına əməl edir;
- Mərkəzi kredit reyestrində ərizəçilərin yoxlanılmasının bankdaxili prosedurlara əsasən həyata keçiririr;
- Mikrokreditlər bölməsinə cəlb edilən təcrübəçilərin hazırlanmasında, onların praktika müddətində nəzəri və praktiki biliklərinin artırılmasında bilavasitə iştirak edir;
- Əmək müqaviləsi, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir.
- Bilavasitə rəhbəri, sahə rəhbəri və İdarə Heyətinin sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir.
Vəzifələrini həyata keçirən zaman ortaya çıxan vacib məsələlər barədə subordinasiya qaydalarına uyğun olaraq bilavasitə rəhbərinə müraciət edir və məsələlərin həlli istiqamətində onunla əməkdaşlıq edir.
Əmək fəaliyyəti prosesində Bankın struktur bölmələrinin cari iş ahənginin pozulmasına və komandadaxili münasibətlərin pisləşməsinə təsir göstərən hərəkətlərə yol verməməlidir.
İş təcrübəsi: Bank sahəsində ən azı 6 ay iş təcrübəsinə malik olma