Bankın internet bankçılıq veb saytının, həmçinin digər daxili və xarici veb saytlarının mövcud servislərində verilən tapşırıq, tələb və ya texniki sənədlərə əsasən dəyişiklikləri kodlaşdırır, ilkin testləri edir və təhvil verir.
Bankın müvafiq struktur bölmələrindən internet bankçılıq veb saytı, həmçinin digər daxili və xarici veb saytları ilə əlaqədar daxil olan sorğulara (sifarişçi, istək, tənzimləyicinin tələbi və.s) əsasən, yüksək performanslı, reaktiv və interaktiv veb tətbiqləri kodlaşdırır, ilkin testləri edir və təhvil verir.
Müvafiq tapşırığa əsasən təqdim olunan API veb saytlara inteqrasiyasını həyata keçirir.
Bankda cari istifadə olunan tətbiqləri müasir standardlara uyğun yenidən işlənməsi, lazımi optimizasiyalar və yenilənmələri həyata keçirir.
Vətəndaş qüsursuzluğuna malik olma;
Bank fəaliyyəti ilə bağlı qanunvericiliyi bilməsi;
İnformasiya texnologiyaları sahəsində ali təhsilin olması üstünlükdür
Təcrübə: Sahəsi üzrə 1 ildən artıq təcrübəyə malik olması
Proqram təminatının hazırlanması prosesi, həyat dövrü və texnologiyaları haqqında biliklərə malik olmaq
Arxitektura üslubları və sistem dizaynı haqqında biliklərin olması
HTML5, CSS3, SCSS daxil olmaqla, veb texnologiyaları dərindən anlama və araşdırma bacarığının olması
Angular veb çərçivəsində dərin biliyinin olması
REST veb servisləri və API dizayn nümunələrini başa düşmək
JavaScript və TypeScript texnologiyalarında dərin biliyinin olması
UI/UX biliklərinin olması
REST veb servisləri və API dizayn nümunələrini başa düşmək
NX iş mühiti haqda bilikləri üstünlükdür
Figma ilə tanışlığının və təcrübəsinin olması üstünlükdür
Full-stack təcrübənin olması üstünlükdür
Məlumatların modelləşdirilməsi və verilənlər bazasının (cədvəllərin) dizaynı ilə bağlı təcrübənin üstünlükdür
Alqoritmlər, məlumat strukturları barədə yaxşı səviyyədə biliklərə sahib olmaq
Kod saxlama, versiya sistemləri (GIT) ilə praktiki iş təcrübəsinin olması