Bölmələr
Seçim və yerləşdirmə bölməsinin eksperti
Bitmə tarixi: 31 Oktyabr 2024
Vakansiya aktiv deyil.
Vəzifə funksiyaları
- Banka daxil olmuş yeni CV-ləri bazaya daxil edir, hər bir CV-nin statusu ilə bağlı qeydlər aparır;
- Namizədlərə zəng vurub, onları ilkin seçim imtahanına, müsahibələrə dəvət edir;
- Müsahibədə iştirak etmiş namizədlərlə onların nəticəsibi bildirir;
- İlkin seçim imtahanlarının keçirilməsini təşkil edir və nəticələri toplayır;
- Təcrübəçilərin şəxsi işlərini hazırlayır, onların müvafiq filiallara yerləşdirilməsini təmin edir, onların məlumat bazasını yaradır;
- Yeni işçilərin adaptasiyası proqramı çərçivəsində qısamüddətli təlimlərin təşkili və keçirilməsində iştirak edir;
- Yeni işçilərin qəbuluna aidiyyatı olan struktur bölmələri işə yeni qəbul olunmuş işçi haqda məlumatlandırır;
- Açıq vakansiyalar haqda məlumatın bankın saytında, KİV-də və müxtəlif internet saytlarında yerləşdirilməsini təmin edir,
- Müxtəlif dövlət və özəl qurumlar tərəfindən keçirilən əmək sərgilərində bankı təmsil edir və namizədlərə bank, bankın təqdim etdiyi vakant yerlər haqqında məlumat verir;
- CV bazasının yaradılmasını, açıq vakansiyalara uyğun CV-lərin seçilməsini təmin edir;
- Seçilmiş uyğun namizədin müvafiq sənədlərinin toplanılması və Personal şöbəyə təqdim edilməsini təmin edir;
- Sınaq müddətində olan işçilərin nəticəsini təqib edir və onların məlumat bazasını hazırlayır;
- Daxili Təlim Mərkəzinin fəaliyyətinin təşkilində iştirak edir (gündəlik təlim cədvəllərinin hazırlanması, təlimlərə dəvət məktublarının yazılması, qiymətləndirmələrin nəticələrinin toplanması və s.)
- İllik imtahanların,attestasiyaların təşkilində iştirak edir;
- Bankın korporativ tədbirlərinin təşkilində iştirak edir;
- Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir;
- Bilavasitə rəhbəri və sahə rəhbərinin əmək müqaviləsi, departamentin Əsasnaməsi və fəaliyyətinə dair digər bankdaxili korporativ aktların vəzifə öhdəliklərinə aid olan göstərişlərindən irəli gələn tapşırıq və sərəncamlarını qeyd-şərtsiz yerinə yetirir.

Yumşaq bacarıqlar
  • Məsuliyyət
  • Nəticəyə yönümlülük
  • İşi təqib etmə
  • Şifahi özünüifadə
  • Əməkdaşlıq
Digər şərtlər
- İdarəetmə şöbəsinin kiçik eksperti bankda öz əmək funksiyalarını yerinə yetirən zaman, bankın struktur bölmələrinin cari iş ahənginin pozulmasına və komandadaxili münasibətlərin pisləşməsinə təsir göstərən hərəkətlərə yol verməməlidir.
Dil biliyi
  • Azərbaycan - Mükəmməl
  • İngilis - Yüksək
  • Rus - Orta
Kompüter biliyi
  • MS Office - Yüksək
Sosial şəbəkələrdə paylaş
Vakansiya tarixi
01 Avqust 2024
Bitmə tarixi
31 Oktyabr 2024
Təhsil səviyyəsi
Ali təhsil - bakalavriat
Sahə üzrə iş təcrübəsi
1 - 0 il
Ünvan
Bakı, Atatürk pr., 42
Abunə olmaqla bütün yeniliklərimizdən eləcə də aktiv vakansiyalardan xəbərdar ola bilərsiniz