- Müştəri məmnuniyyətinin və Bankın satış (o cümlədən, çarpaz satış) imkanlarının artırılmasına, həmçinin müştərilərin Banka loyallığının təmin edilməsinə səlahiyyətləri daxilində dəstək olur;
- Bazar ehtiyaclarını və imkanlarını müəyyən etmək üçün Bankın aidiyyəti struktur bölmələri ilə səlahiyyətləri daxilində əməkdaşlıq edərək, Bankın inkişaf məqsədlərinə uyğun olaraq, yeni məhsul və xidmətlərin müəyyənləşdirilməsinə və onların təkmilləşdirilməsinə dəstək olur;
- Bankın səlahiyyətli idarəetmə orqanı tərəfindən təsdiq edilmiş strategiyasının həyata keçirilməsi istiqamətində fəaliyyəti səlahiyyətləri daxilində əlaqələndirir, digər struktur bölmələrlə bu istiqamətdə sıx əməkdaşlıq edir;
- Bankın hədəflərinin yerinə yetirilməsi ilə əlaqədar layihələrin müəyyənləşdirilməsində səlahiyyətləri daxilində iştirak edir, bu layihələrə dair məlumatları əldə edir;
- Bankın strateji planının icrasına nəzarətin effektiv təşkilini təmin edir;
- Səlahiyyətləri daxilində, bankdaxili potensialın araşdırılmasını həyata keçirir, bank məhsulları və xidmətlərinin effektivliyini və müştəri məmnunluğunu təhlil edir;
- Bankda məhsul və xidmətlərin satışını həyata keçirən struktur bölmələrin (vahidlərin) fəaliyyətinin təyin olunmuş performans və keyfiyyət meyarlarına uyğunluğunu qiymətləndirir və nəticələri barədə İdarə Heyətinə məlumat təqdim edir;
- Bilavasitə rəhbəri, Sahə rəhbəri və İdarə Heyətinin sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsi, Bankın Nizamnaməsi, Departamentin Əsasnaməsi və bankın digər korporativ aktlarından irəli gələn və bu aktlarla ona həvalə edilmiş digər funksiyaları icra edir;