- Komplayens və ƏL/TMM sahəsinə dair daxili qayda və prosedurlarının yazılması prosesində iştirak edir və zəruri dəstəyi göstərir;
- Komplayens və ƏL/TMM sahəsində fəaliyyət üzrə qanunvericiliyin və daxili qayda və prosedurların tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirir;
- Komplayens bölməsinin əməkdaşlarının fəaliyyətinə nəzarət edir, işlərin keyfiyyətli və vaxtında icra olunmasına cavabdehlik daşıyır;
- Yeni Qanun və Qaydaların Bank daxilində tətbiqinin təmin edilməsi prosesində iştirak edir;
- Bankın komplayens riskinin müəyyən edilməsi, ölçülməsi, monitorinqi və nəzarəti üçün daxili prosedur və metodları, həmçinin görüləcək tədbirləri səlahiyyəti daxilində müəyyən edir;
- Yeni bank məhsullarının və xidmətlərinin hazırlanması və tətbiqi prosesində iştirak edir;
- Komplayens risklərinin əhatə olunduğu yeni tələblərlə əlaqədar bankdaxili kommunikasiyanı təmin edir;
- Komplayens sahəsində fəaliyyət üzrə Bankın əməkdaşlarına məsləhətlər verir, onların ƏL/TMM sahəsi ilə əlaqəli sorğularını cavablandırır və bu istiqamətdə zəruri köməkliyini göstərir;
- Bankın əməkdaşları üçün ƏL/TMM sahəsi, komplayens riskləri ilə əlaqədar təlim proqramının hazırlanması və aidiyyəti struktur bölmələrlə birgə proqramın icrası prosesində iştirak edir;
- Bankın fəaliyyəti üzrə qərarvermə prosesində maraqlar münaqişəsini müəyyən edir və dövri olaraq qiymətləndirir;
- Bankın fəaliyyəti ilə bağlı vətəndaş müraciətlərinin monitorinqini aparır;
- Komplayens çərçivəsində ƏL/TMM üzrə MMX-yə hesabatçılıq tələblərinə uyğunluğunu yoxlayır;
- Komplayens çərçivəsində ƏL//TMM üzrə əməliyyatlara davamlı monitorinqin adekvatlığının yoxlayır;
- Maliyyə monitorinqi orqanı, nəzarət orqanları tərəfindən komplayens sahəsi ilə əlaqədar göndərilmiş sorğuları onların müəyyən etdiyi müddətdə və formada cavablayır;
- Komplayens üzrə struktur vahidin əməkdaşlarına işlər/prosedurlar üzrə tövsiyələr verir;
- Mərkəzi Bankın həyata keçirdiyi yoxlamalar, həmçinin daxili və xarici audit zamanı səlahiyyətinə aid məsələlər üzrə bütün lazımi dəstək və köməyi göstərir
CAMS sertifikatı tələb olunur.