Bölmələr
Proqram dəstəyi və İT əməliyyatları şöbəsinin kiçik eksperti
Bitmə tarixi: 30 Noyabr 2024
Vakansiya aktiv deyil.
Vəzifə funksiyaları
- Müvafiq proqram təminatı vasitəsilə departamentə daxil olan daha mürəkkəb tipli müraciətlərin araşdırılması və həlli;
- Daxil olan müraciətləri araşdıraraq problemlərin səbəblərinin müəyyən edilməsi, həlli məqsədilə aidiyyəti struktur bölmələrlə uzlaşdırma, habelə şöbə müdirinə aylıq icra etdiyi tapşırıqların statistikasını hazırlamaq;
- Departamentin fəaliyyət istiqamətləri üzrə tələb olunan qayda və prosedurlara uyğun fəaliyyət;
- İnformasiya sistemlərində mütəmadi əsasda təkrarlanan prosesləri bankdaxili sənədlər əsasında yerinə yetirilməsi;
- Bank əməkdaşları tərəfindən istifadə edilən proqram təminatı və tətbiqlərin fəaliyyətinin dəstəklənməsinin təmin edilməsi;
- Change Management sistemi ilə qəbul edilmiş sorğular haqqında aidiyyatı struktur bölmələri məlumatlandıraraq sorğuların icrası üzrə koordinasiyalı fəaliyyət;
- Özünəxidmət terminallarında nağd pul vasitəsilə aparılan problemli ödəniş əməliyyatlarının araşdırılması;
- Müvafiq informasiya sistemlərinin fəaliyyətinə mütəmadi əsasda monitorinq həyata keçirilməsi;
- Əmək müqaviləsi, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn digər funksiyaların icrası;
- Bilavasitə rəhbəri, sahə rəhbəri və İdarə Heyətinin sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamların qeyd-şərtsiz yerinə yetirilməsi..
- Əmək müqaviləsi, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edilməsi;
- Bilavasitə rəhbəri, sahə rəhbəri və İdarə Heyətinin sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirilməsi
Yumşaq bacarıqlar
  • Məsuliyyət
  • Nizam intizam
  • Təşəbbüskarlıq
  • Nəticəyə yönümlülük
  • Adaptasiya
  • Aktivlik (enerji, cəldlilik)
  • Detallara diqqət
  • Stresin idarə edilməsi
Digər şərtlər
- Vəzifələrini həyata keçirən zaman ortaya çıxan vacib məsələlər barədə subordinasiya qaydalarına uyğun olaraq bilavasitə rəhbərinə müraciət edir və məsələlərin həlli istiqamətində onunla əməkdaşlıq edir
- Əmək fəaliyyəti prosesində Bankın struktur bölmələrinin cari iş ahənginin pozulmasına və komandadaxili münasibətlərin pisləşməsinə təsir göstərən hərəkətlərə yol verməməlidir.
Dil biliyi
  • Azərbaycan - Mükəmməl
  • Rus - Yüksək
  • İngilis - Yüksək
Kompüter biliyi
  • MS Office - Yüksək
  • Windows 10 (Server 2016, 2019) - Yüksək
Sosial şəbəkələrdə paylaş
Vakansiya tarixi
02 Oktyabr 2024
Bitmə tarixi
30 Noyabr 2024
Təhsil səviyyəsi
Ali təhsil - bakalavriat
Sahə üzrə iş təcrübəsi
Tələb olunmur
Ünvan
Bakı, Ağa Nemətulla küç. 219
Abunə olmaqla bütün yeniliklərimizdən eləcə də aktiv vakansiyalardan xəbərdar ola bilərsiniz