Bölmələr
Proseslərin idarə edilməsi və rəqəmsal transformasiya şöbəsinin eksperti
Bitmə tarixi: 31 Dekabr 2024
Vakansiya aktiv deyil.
Vəzifə funksiyaları
- Mövcud biznes və texnoloji proseslərin rəqəmsallaşdırılaraq optimallaşdırılması üzrə daxili ehtiyacların öyrənilməsi və təhlil edilərək təkliflərin hazırlanması
- Hazırlanmış təkliflərin həyata keçirilməsi üçün aidiyyəti strukturlarla mütəmadi iş birliyində olmaq
- Müxtəlif İT xidmətlərin, eləcə də proqram təminatlarının satın alınması üçün bazar araşdırmasının aparılması, təchizatçılarla əlaqə qurulması və lazımi məlumatların toplanması
- İT xidmət və proqram təminatı təchizatçılarının təklif etdikləri məhsul və xidmətlərin texnoloji dəyərləndirmələrinin aparılması, təhlil edilərək qarşılaşdırılması və POC (Proof of Concept) çalışmalarının yerinə yetirilməsi
- Yerinə yetirilən işlərlə bağlı olan proseslərin yazılması və təqdimatların hazırlanması.
Yumşaq bacarıqlar
  • Məsuliyyət
  • Nizam intizam
  • Təşəbbüskarlıq
  • Nəticəyə yönümlülük
  • Adaptasiya
  • Aktivlik (enerji, cəldlilik)
  • Detallara diqqət
  • Stresin idarə edilməsi
  • Analitik düşünmə qabiliyyəti
Digər şərtlər
- Vəzifələrini həyata keçirən zaman ortaya çıxan vacib məsələlər barədə subordinasiya qaydalarına uyğun olaraq bilavasitə rəhbərinə müraciət edir və məsələlərin həlli istiqamətində onunla əməkdaşlıq edir.
- Əmək fəaliyyəti prosesində Bankın struktur bölmələrinin cari iş ahənginin pozulmasına və komandadaxili münasibətlərin pisləşməsinə təsir göstərən hərəkətlərə yol verməməlidir
Dil biliyi
  • Azərbaycan - Yüksək
  • Rus - Yüksək
  • İngilis - Yüksək
Kompüter biliyi
  • MS Office - Orta
  • BPM sistemləri - Orta
Sosial şəbəkələrdə paylaş
Vakansiya tarixi
24 Oktyabr 2024
Bitmə tarixi
31 Dekabr 2024
Təhsil səviyyəsi
Ali təhsil - bakalavriat
Sahə üzrə iş təcrübəsi
Tələb olunmur
Struktur
Planlaşdırma və koordinasiya departamenti / Proseslərin idarə edilməsi və rəqəmsal transformasiya şöbəsi
Ünvan
Bakı, Ağa Nemətulla küç. 219
Abunə olmaqla bütün yeniliklərimizdən eləcə də aktiv vakansiyalardan xəbərdar ola bilərsiniz