Bölmələr
Planlaşdırma bölməsinin eksperti
Bitmə tarixi: 28 Fevral 2025
Vəzifə funksiyaları
Bankın uzunmüddətli strateji fəaliyyət hədəflərinin müəyyənləşdirildiyi Strateji planının hazırlanmasında səlahiyyətləri daxilində iştirak edir;
Bankın strateji hədəflərinə nail olması üçün qısa və ortamüddətli fəaliyyət plan(lar)ının müəyyənləşdirilməsi prosesində səlahiyyətləri daxilində iştirak edir;
Bankın biznes hədəflərinə çatması üçün effektiv satış modellərinin qurulması ilə bağlı təkliflər hazırlayır, bu təkliflər Bankın səlahiyyətli idarəetmə orqanı tərəfindən qəbul (təsdiq) edildikdə onların icrası istiqamətində aidiyyəti struktur bölmələrlə (vahidlərlə) səlahiyyətləri daxilində əməkdaşlıq edir;
Bankda korporativ göstəricilər və qiymətləndirmə sisteminin (“Balanced Scorecard”) müəyyənləşdirilməsində səlahiyyətləri daxilində iştirak edir;
Müştəri məmnuniyyətinin və Bankın satış (o cümlədən, çarpaz satış) imkanlarının artırılmasına, həmçinin müştərilərin Banka loyallığının təmin edilməsinə səlahiyyətləri daxilində dəstək olur;
Bankda məhsul və xidmətlərin satışını həyata keçirən struktur bölmələrin (vahidlərin) fəaliyyətinin təyin olunmuş performans və keyfiyyət meyarlarına uyğunluğunu qiymətləndirir və nəticələri barədə birbaşa rəhbərinə məlumat təqdim edir;
Bankın fəaliyyət sahəsinə aid olan məsələlərdə performans və keyfiyyət meyarlarının inkişaf etdirilməsi məqsədilə təkliflər verir;
Yumşaq bacarıqlar
  • Nizam intizam
  • Təşəbbüskarlıq
  • Biznes yönümlülük
  • Məsuliyyət
Dil biliyi
  • Azərbaycan - Yüksək
Kompüter biliyi
  • Excel - Yüksək
  • SQL - Orta
  • Power Point - Yüksək
  • Power BI - Orta
Sosial şəbəkələrdə paylaş
Vakansiya tarixi
20 Noyabr 2024
Bitmə tarixi
28 Fevral 2025
Təhsil səviyyəsi
Ali təhsil - bakalavriat
Sahə üzrə iş təcrübəsi
1 - 2 il
Struktur
Biznesin inkişafı departamenti / Planlaşdırma və təhlil şöbəsi
Ünvan
Bakı, Atatürk pr., 42
Abunə olmaqla bütün yeniliklərimizdən eləcə də aktiv vakansiyalardan xəbərdar ola bilərsiniz