Bilavasitə özünə təhkim olunan portfeli yüksək keyfiyyətlə təqib edir və icraatında olan işlər üzrə görülmüş tədbirlərin qeydlərini aparır.
Qаrşısınа qоyulаn vəzifələrin icrаsı məqsədi ilə zəruri məlumаt və sənədləri аlır.
Müştərilərə, habelə zamin, girov qoyan, ipoteka qoyan və s. aidiyyatı şəxslərin ünvanlarına, iş yerlərinə və onlarla bağlı olan digər ünvanlara xəbərdarlıqlar və bildirişlər göndərilməsi barədə aidiyyatı struktura sifariş verir.
Gördüyü işlər barədə mütəmadi olaraq şöbə müdirinə məlumat verir və tələb edildikdə hesabat təqdim edir.
Gecikən kredit borclarının ödənilməsinin təmin edilməsi istiqamətində qanunvericiliyə, bankdaxili korporativ aktlara və müştəri ilə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq tədbirlər görür;
Təhkim olunmuş portfeli üzrə borcalanın öhdəliklərinin aidiyyatı olan digər şəxslərə ötürülməsi, restrukturizasiyası və ya yenidən rəsmiləşdirilməsi istiqamətində müştəriləri müvafiq struktura yönləndirir.
Əmək müqaviləsi, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir.
Bilavasitə rəhbəri, sahə rəhbəri və İdarə Heyəti sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, Bankın Nizamnaməsi, idarəetmə orqanlarınınvə/və ya departamentin (filialın) əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir.
Vəzifələrini həyata keçirən zaman ortaya çıxan vacib məsələlər barədə subordinasiya qaydalarına uyğun olaraq bilavasitə rəhbərinə müraciət edir və məsələlərin həlli istiqamətində onunla əməkdaşlıq edir.
Əmək fəaliyyəti prosesində Bankın struktur bölmələrinin cari iş ahənginin pozulmasına və komandadaxili münasibətlərin pisləşməsinə təsir göstərən hərəkətlərə yol verməməlidir.