Bölmələr
Serverlərin və saxlanc sistemlərinin idarə edilməsi şöbəsinin müdiri
Bitmə tarixi: 31 Yanvar 2025
Vəzifə funksiyaları
- Server İT-infrastruktur şöbəsı ilə əlaqədar xidmətlərın cavabdehlıyı və idarə edilməsi (planlaşdırma, təşkili, motivasiya, nəzarət, büdcənin icrası);
- İnformasiya sistemlərinin və xidmətlərinin, server avadanlığının fasiləsiz işinin planlaşdırılması, təşkili və nəzarəti (təminat və monitorinq, məlumatların ehtiyat nüsxəsi, sistemin idarə edilməsi);
- Planlı profilaktik işləri təşkil edilməsı, resurslara cavabdeh olan şəxslərlə ilə əlaqənin fasilələrinın razılaşdırılması;
- Server və texnoloji avadanlığlarım nasazlığı aşkarlandığda bərpa işlərini təşkil edilməsı , server otağında temperatur rejiminin pozulmasına və digər yarana biləcək qüsurları əvvəlcədən proqnozlaşdırmaq və aradan qaldırmaq;
- Məlumat sızmasının qarşısının alınması, təhlükəsizlik tədbirlərinin yoxlanılması və sistem proqram təminatının həssaslarının aşkarlanması barədə İnformasiya Təhlükəsizliyi İdarəsinin işçiləri ilə qarşılıqlı əlaqə qurmaq;
- Yüksək hazırlıq zamanı (məsələn, virus pandemiyası zamanı) proqram təminatlarının uzaqdan idarə olunması və icrası üçün ,proqram təminatının idarə edilməsində iştirak etmək;
- İT-İnfrastrukturuna aid olan Proseslərin və siyasətlərin işlənib hazırlanmasını və qrup tərəfindən onlara riayət olunmasını təmin etmək. Proseslərin ardıcıl surətdə icrasının və fasiləsiz təkmilləşdirmənin təmin olunmasına görə məsuliyyət daşımaq;
- Baş vermiş hadisələr, nöqsanlar/qüsurlar və onların müvəqqəti həll edilməsi/aradan qaldırılması üçün həyata keçirilmiş tədbirlər barədə iştirakçılara rəsmi qaydada məlumat vermək;
- İş yükünün düzgün bölüşdürülməsini və prioritetlərin iş tələblərinə uyğun olaraq təyin edilməsini təmin edərək bütün qrup üzvlərini səmərəli şəkildə idarə etmək;
- Tələb olunan hallarda hər hansı məsələlərin birbaşa departament rəhbərlıyınə eskalasiya edilməsinə görə məsuliyyət daşımaq;
- Vəzifə öhdəliklərini və rəhbərlik tərəfindən verilən sifahi/ yazılı tapşırıqları icra etmək;
- Tələb olunan hallarda intizam tədbirlərinin vaxtında görülməsinə cavabdehdir;
- Qrupun mənəvi durumu və ümumi effektivliyi üçün cavabdehlik daşımaq.
Yumşaq bacarıqlar
  • Məsuliyyət
  • Nizam intizam
  • Nəticəyə yönümlülük
  • Qərarvermə
  • Etik davranış
  • Keyfiyyət yönümlülük
  • İşçilərini inkişaf etdirmə
Digər şərtlər
- Müvafiq sahə üzrə ali təhsil (və ya eyni sahədə 5 il təcrübəsi);
- Komanda Rəhbəri / Sistem Administratorlarının Rəhbər üzrə ən az 2 - 3 il təcrübəyə malik olması;
- İnformasiya texnologiyalarının idarə olunması metodologiyaları (ITIL, COBIT) üzrə təcrübəyə malik olması;
- İnformasiya təhlükəsizliyinin əsaslarını barəsındə müvafiq anlayışa malik olmaq;
- Şəbəkə texnologiyaları barəsındə müvafiq anlayışa malik olmaq;
- Məlumat bazasının necə işləməsi barəsındə müvafiq anlayışa malik olmaq;
- Microsoft Windows Server 2008R2-2022 üzrə və üzərində olan servisləri (AD, CA, DNS, DHCP, FS+FSRM, DFS , WSUS, KMS) təcrübəyə və biliyə malik olmaq;
- Virtual mühitin idarə edilməsi (HYPER-V, VMWARE) üzrə təcrübəyə və biliyə malik olmaq;
- Qoruyucu divarlar (firewalls), ruterlər, şəbəkə açarları, internet protokolları və xidmətləri, verilənlərin kommunikasiyası məhsulları barədə biliyə malik olmaq;
- Linux əməliyyat sistemlərinin və üzərində olan servislərin idarə etmə təcrübəsinə və biliyə malik olmaq (Linux/CentOS/RedHat/Ubuntu);
- Kaspersky antivirus üzrə təcrübəyə və biliyə malik olmaq;
- Veritas BackupExec, Veeam, VMware DP ehtiyat sistemləri üzrə təcrübəyə və biliyə malik olmaq;
- Uzaqdan giriş sistemləri üzrə təcrübəyə və biliyə malik olmaq;
- Server avadanlığının və Məlumat Saxlama Sistemləri üzrə xidmət göstərilməsi və konfiqurasiyası üzrə təcrübəyə malik olmaq;
- Firewall haqqında əsas biliklər malik olmaq;
- Zabbix, PRTG monitorinq sistemi və server avadanlığının performans təhlili ilə iş təcrübəsi malik olmaq;
- Müvafiq WAN/LAN texnologiyaları, serverin virtuallaşdırılması, saxlama və təhlükəsizlik texnologiyaları, verilənlər bazası üzrə təcrübəyə malik olmaq.
Dil biliyi
  • Azərbaycan - Mükəmməl
  • Rus - Yüksək
  • İngilis - Yüksək
Sosial şəbəkələrdə paylaş
Vakansiya tarixi
20 Dekabr 2024
Bitmə tarixi
31 Yanvar 2025
Təhsil səviyyəsi
Ali təhsil - bakalavriat
Sahə üzrə iş təcrübəsi
3 - 5 il
Struktur
İT infrastrukturunun idarə edilməsi departamenti / Serverlərin və saxlanc sistemlərinin idarə edilməsi şöbəsi
Ünvan
Bakı, Ağa Nemətulla küç. 219
Abunə olmaqla bütün yeniliklərimizdən eləcə də aktiv vakansiyalardan xəbərdar ola bilərsiniz