- Departament üzrə bütün əməkdaşların işə davamiyyəti, məzuniyyət, icazəlilərin və izahatların qeydiyyatı və ayın sonunda hesabatlarının aparılmasına nəzarət edir.
- Vəfat etmiş müştərilərin işləri ilə bağlı Bankın təlimat və qaydalarının həyata keçirilməsini təmin edir.
- Departamentin iş fəaliyyətinə aid olan bütün növ ərizə və xidməti məktubların qəbul edilməsi, hazırlanması və aidiyyatı struktur bölmələrə və ya vəzifəli şəxslərə yönləndirilməsini təmin edir.
Departamentə lazım olan dəftərxana ləvazimatlarının sifariş və qəbul edilməsini təmin edir.
- Təqib şöbəsinin bildiriş sifarişlərinin və digər məktubların hazırlanmasını təmin edir.
- Təqib şöbəsi ilə əlaqəli mütəmadi olaraq zəruri hesabatların tərtib edilməsini və şöbə müdirinə və ya departament direktoruna təqdim edilməsini təmin edir.
- Rəhbərliyin tapşırığı ilə hesabat göstəricilərinin biribirinə nisbətən, müqayisəli və sair müxtəlif formalı hesabatlar hazırlayır.