Bölmələr
1 saylı Mikrokreditlər bölməsinin rəsmiləşdirmə üzrə kiçik eksperti
Bitmə tarixi: 31 Mart 2025
Vəzifə funksiyaları
- Mikrokreditlərin şərtləri barədə məlumat almaq üçün ərizəçi filiala müraciət edən zaman kredit eksperti filialda olmadığı halda kredit məhsulunun şərtləri barədə məlumat verir;
- Ərizəçilər haqqında ilkin məlumatları toplayır və bu məlumatları kredit ekspertlərinə ötürür;
- XQKK/XQKKK və Anderraytinq şöbəsi kredit verilməsi ilə bağlı müsbət qərar əldə etmiş ərizəçilərə bu barədə məlumat verir;
- Kreditin verilməsi ilə bağlı müsbət qərar verilmiş işlərin sənədləşməsi üçün müvafiq sənədləri, aktları və müqavilələri hazırlayır, həmçinin XQKK/XQKKK və Anderraytinq şöbəsinin qərarındə göstərilən digər tələblərin icra edilməsinə bilavasitə nəzarət edir;
- Kredit şərtləri, müqavilələr və müştəri/zaminlərin öhdəlikləri barədə onlara məlumat verir;
- Hazırlanmış sənədləri, müqavilələri, aktları müştərilərə, zaminlərə və girovqoyanlara imzaladır;
- Hazırlanmış sənədlərin düzgünlüyünü yoxlamaq və bankın əməliyyat proqramına işlənməsi üçün əməliyyat bölməsinin əməkdaşına təqdim edir;
- Müştəri, zamin və girovqoyan müqavilələri imzaladıqdan sonra filial direktorunun/filial direktorunun mikrokreditlər üzrə müavininin və ya bölmə rəhbərinin imzasına təqdim edir;
- Tələb edilən girovun aktlaşdırılması/sənədləşdirilməsi ilə bağlı lazımı addımları atır;
- Bankın saxlancında olan girovun dəyişdirilməsini bankdaxili qaydalara əsasən həyata keçirir;
- Bankın daxili qaydalara və işguzar adətlərə əsasən öz vəzifələrini məsuliyyətlə yerinə yetirir, əmək intizamına, davamiyyətə və geyim qaydalarına riayət edir;
- Filialın Mikrokreditlər bölməsinin əməkdaşlarını Iştirak etdiyi təlimlərdə əldə etdiyi zəruri bilgiləri məlumatlandırır;
- Filial direktorunun Mikrokreditlər üzrə müavini/Mikrokreditlər üzrə bölmə rəhbəri olmadıqda filialın Mikrokreditlər bölməsi ilə bağlı daxil olan sorğu və hesabatların vaxtında icra edilməsini təmin edir, Filial direktorunun və Mikrokreditlər Departamentinin sorğularına əsasən müəyyən hesabatlar hazırlayır;
- İmzalanmış iltizama əsasən bank və kommersiya sirrinin qorunmasına əməl edir;
- Kredit dosyesinin səliqəli yığır və arxivləşdirir;
- Girovun azad edilməsi ilə bağlı sənədləri hazırlayır;
- Mərkəzi kredit reyestrində ərizəçilərin yoxlanılmasının bankdaxili prosedurlara əsasən həyata keçiririr;
- Mikrokreditlər bölməsinə cəlb edilən təcrübəçilərin hazırlanmasında, onların praktika müddətində nəzəri və praktiki biliklərinin artırılmasında bilavasitə iştirak edir;
- Əmək müqaviləsi, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir.
- Bilavasitə rəhbəri, sahə rəhbəri və İdarə Heyətinin sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir.
Yumşaq bacarıqlar
Digər şərtlər
 Vəzifələrini həyata keçirən zaman ortaya çıxan vacib məsələlər barədə subordinasiya qaydalarına uyğun olaraq bilavasitə rəhbərinə müraciət edir və məsələlərin həlli istiqamətində onunla əməkdaşlıq edir.
 Əmək fəaliyyəti prosesində Bankın struktur bölmələrinin cari iş ahənginin pozulmasına və komandadaxili münasibətlərin pisləşməsinə təsir göstərən hərəkətlərə yol verməməlidir.
Sosial şəbəkələrdə paylaş
Vakansiya tarixi
19 Fevral 2025
Bitmə tarixi
31 Mart 2025
Təhsil səviyyəsi
Ali təhsil - bakalavriat
Sahə üzrə iş təcrübəsi
Tələb olunmur
Struktur
Yeni Gəncə filialı
Ünvan
Gəncə, Kəpəz rayonu, N.Nərimanov pr-ti, 42C
Abunə olmaqla bütün yeniliklərimizdən eləcə də aktiv vakansiyalardan xəbərdar ola bilərsiniz