Bölmələr
Biznes analitik, Rəqəmsal məhsulların analitika bölməsinin eksperti
Bitmə tarixi: 31 Mart 2025
Vəzifə funksiyaları
- Bankın bir və ya bir neçə (kross-funksional) struktur bölməsi tərəfindən yerinə yetirilən funksiyalar üzrə mövcud proseslərin tərtib olunmasını və yenilənməsini tərtib edir.
- Bankın müvafiq struktur bölmələrindən daxil olan sorğuların (biznes, istək, tənzimləyicinin tələbi, risk xarakterli sorğular və.s) təhlilini aparmaqla, reallaşdırılması məqbul hesab edilən sorğular üzrə texniki tapşırıq, analiz və dizayn və s. texniki sənədləri hazırlayır və ya hazırlanmış texniki sənədlər üzrə dəyişiklik zərurəti olduqda, dəyişikliklər edir.
- Texniki sənədlərin icrası prosesində aidiyyatı struktur bölmələrin əməkdaşları ilə mütəmadi əlaqə saxlamaqla, icra edilməli işlərin gedişatına nəzarət edir və zərurət yarandığı təqdirdə, onlara müvafiq istiqamətlər verir.
- Hazırlanmış proqram təminatlarının sınaq testlərinin keçirilməsi və testin sənədləşməsi prosesinində iştirak edir.
- Bankın aidiyyatı sifarişlərinin icrası prosesinə cəlb edilmiş üçüncü tərəflər (vendor təşkilatları, inteqratorlar və.s) üçün müvafiq texniki sənədlərin hazırlanmasında iştirak edir.
- Hazırlanmış proqram təminatlarının təqdimat və təlimatlarının hazırlanmasını həyata keçirir.
- Verilən tapşırıqların ümumi gedişatını izləyir, proqramlaşdırma prosesi zamanı proqramçıları lazımi dəqiqləşdirmə, məlumat, analiz dəstəyi ilə təmin edir.
Yumşaq bacarıqlar
  • Məsuliyyət
  • Analitik düşünmə qabiliyyəti
  • Nəticəyə yönümlülük
  • Biznes yönümlülük
  • Aktivlik (enerji, cəldlilik)
  • Detallara diqqət
Digər şərtlər
Vətəndaş qüsursuzluğuna malik olma;
Bank fəaliyyəti ilə bağlı qanunvericiliyi bilməsi;
Analiz qabiliyyəti, detallara diqqət edərək, analiz sənədi yaza bilməsi
Sql biliyi, proqram funksiyalarını analiz edərkən məlumat bazası səviyyəsində detallara enə bilməsi
Detallı API texniki sənədi hazırlaya bilməsi
UX/UI dizayn proqramları ilə işləmə bacarığı (Figma bacarığı üstünlükdür)
Dil biliyi
  • Azərbaycan - Mükəmməl
  • İngilis - Orta
Kompüter biliyi
  • MS Office - Yüksək
  • Dizayn/mockup proqramlarından istifadə bacarığı - Orta
Sosial şəbəkələrdə paylaş
Vakansiya tarixi
21 Fevral 2025
Bitmə tarixi
31 Mart 2025
Təhsil səviyyəsi
Ali təhsil - bakalavriat
Sahə üzrə iş təcrübəsi
1 - 2 il
Struktur
Proseslərin idarə edilməsi departamenti / Biznes və İT analitika şöbəsi
Ünvan
Bakı, Ağa Nemətulla küç. 219
Abunə olmaqla bütün yeniliklərimizdən eləcə də aktiv vakansiyalardan xəbərdar ola bilərsiniz