- Daxil olan zəngləri cavablandırır
- Bankın mövcud kampaniyaları, kredit təklifi, sorğu və s. Ilə əlaqədar müştərilərə zənglər edir.(ehtiyac olarsa)
- Daxil olan şikayət və təklifləri qeydə alır
- Şöbənin işi ilə bağlı hazırlanan təklif planında iştirak edir.
- Şöbənin digər bölmələrinin iş fəaliyyəti ilə tanış olmalıdır, ehtiyac yarandığı təqdirdə digər bölmələrin işinə dəstək olur
- Şöbə müdirinin, bölmə rəhbərinin tapşırığına əsasən müvafiq işləri görür.
- Əmək müqaviləsi, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir.
- Bilavasitə rəhbəri, sahə rəhbəri və İdarə Heyətinin sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir.
Vəzifələrini həyata keçirən zaman ortaya çıxan vacib məsələlər barədə subordinasiya qaydalarına uyğun olaraq bilavasitə rəhbərinə müraciət edir və məsələlərin həlli istiqamətində onunla əməkdaşlıq edir.
Əmək fəaliyyəti prosesində Bankın struktur bölmələrinin cari iş ahənginin pozulmasına və komandadaxili münasibətlərin pisləşməsinə təsir göstərən hərəkətlərə yol verməməlidir.