Bölmələr
Keyfiyyətin təminatı bölməsinin aparıcı eksperti ( QA Engineer)
Bitmə tarixi: 31 Mart 2025
Vəzifə funksiyaları
- Test planlarını nəzərdən keçirmək və onlara töhfə vermək;
- Tələbləri, istifadəçi hekayələrini və qəbul meyarlarını, spesifikasiyaları və test əsaslarını təhlil etmək, nəzərdən keçirmək və qiymətləndirmək;
- Test ssenariləri və test prosedurlarını dizayn etmək və həyata keçirmək;
- Təfərrüatlı test icrası cədvəlini yaratmaq;
- Testləri yerinə yetirmək, nəticələri qiymətləndirmək və gözlənilən nəticələrdən kənarlaşmaları sənədləşdirmək;
- Testin gedişatı hesabatlarının və test xülasə hesabatlarının hazırlanmasında iştirak etmək;
- Test prosesini asanlaşdırmaq üçün müvafiq alətlərdən istifadə etmək;
- Lazım olduqda testləri avtomatlaşdırmaq (Avtomatlaşdırma mütəxəssisləri tərəfindən dəstək görsədilə bilər).
Yumşaq bacarıqlar
  • Keyfiyyət yönümlülük
  • Nəticəyə yönümlülük
  • Detallara diqqət
  • Konfliktlərin idarə edilməsi
  • Əməkdaşlıq
  • Problem həlletmə
  • Analitik düşünmə qabiliyyəti
  • Öyrənmə qabiliyyəti
Texniki səriştəliklər
  • Test Metodologiyaları və Növləri
  • Test Planlaşdırma və Dizayn
  • Bug Tracking və Test İdarəetmə Alətləri
  • API Testləri (Basic)
  • Verilənlər Bazası Testləri (Basic)
  • Proqramlaşdırma Bacarıqları (Basic)
  • Test Avtomatlaşdırma (Basic)
Digər şərtlər
- Ali təhsil (informasiya texnologiyaları, iqtisadiyyat sahələri üzrə olmaqla);
- Proqram təminatı testi üzrə biliklər;
- Proqram və sistemlərin memari cəhətləri haqqında biliklərə sahib olmaq, onların iş prinsiplərini anlamaq, müxtəlif alət və texnologiyaların təyinatlarını başa düşmək və onlardan istifadə etmək;
- Texniki sənədlərlə işləmə bacarığı;
- Məlumatların toplanması, təhlili və sistemləşdirilməsi bacarıqları;
- Effektiv ünsiyyət və əməkdaşlıq bacarıqları;
- Problem həll etmə və tənqidi düşünmə bacarıqları;
- Komanda şəklində işləmə bacarığı.
- Daimi olaraq yeni IT biliklərinin mənimsənilməsi və yeniliyə həvəsli olmaq, müvafiq sahə üzrə standartları mənimsəmək;
Dil biliyi
  • Azərbaycan - Mükəmməl
  • İngilis - Orta
Kompüter biliyi
  • Əməliyyat Sistemləri - Orta
  • Ofis Proqramları - Orta
  • Verilənlər Bazası (Basic SQL Bilikləri) - Orta
  • Postman, Swagger - Orta
  • Jira və ya bənzəri sistemlər - Orta
Sosial şəbəkələrdə paylaş
Vakansiya tarixi
14 Mart 2025
Bitmə tarixi
31 Mart 2025
Təhsil səviyyəsi
Ali təhsil - bakalavriat
Sahə üzrə iş təcrübəsi
1 - 3 il
Struktur
Proseslərin idarə edilməsi departamenti / Proseslərin idarə edilməsi və innovasiyalar şöbəsi
Ünvan
Bakı, Ağa Nemətulla küç. 219
Abunə olmaqla bütün yeniliklərimizdən eləcə də aktiv vakansiyalardan xəbərdar ola bilərsiniz