- Bölmənin ekspertləri/kiçik ekspertləri/aparıcı ekspertləri və baş ekspertləri tərəfindən təhlil olunmuş kredit müraciətləri üzrə şifahi rəy verir;
- Bölmədə əmək intizamına, davamiyyətə və əməkdaşların geyim qaydalarına riayət etmələrinə həmçinin iş günü ərzində müştəri ilə ünsiyyətinə nəzarət edir;
- Bank tərəfindən müəyyən olunmuş səlahiyyətlər çərçivəsində imzaladığı istehlak kreditləri müqavilələri, pul və balansdankənar məxaric sənədlərini, təcili ödəniş sistemləri vasitəsi ilə pul vəsaitlərinin daxil olmasını və ya köçürülməsini təsdiq edən sənədləri və əmanət müqavilələri barədə birbaşa rəhbərinə gündəlik olaraq hesabat verir;
- Səlahiyyətləri çərçivəsində bölmədə yaranmış problemləri qısa müddət ərzində həll edir;
- Tabeçiliyində olan istehlak kreditləri bölməsi əməkdaşlarının fəaliyyətinə nəzarət edir və onlara satışların artırılması istiqamətində göstərişlər verir