- Yeni proqram təminatlarının Bankın IT infrastrukturununa tətbiqi.
- Serverlərdə proqram təminatlarının quraşdırılması, sazlanması və işlək vəziyyətdə olmasının, ö cümlədən server və iş stansiyalarında quraşdırılmış proqram təminatlarının inteqrasiyasının təmin edilməsi.
- İş stansiyaları və serverlərdə proqram təminatlarının avtomatik quraşdırılma sisteminin təşkili və idarə olunması.
- İş stansiyalarına proqram təminatlarının quraşdırılması üzrə rəyin verilməsi.
- Server və işçi stansiyalarında proqram təminatları üzrə yeniləmələrin quraşdırılması və nizamlanması.
- Məntiqi şəbəkə infrastrukturunun təşkili və idarə olunması. (Active Directory), o cümlədən istifadəçi və istifadəçi qruplarının qeydiyyatının aparılması.
- Baza xidmətlərinin (WINS, DHCP, DNS, RAS, RADIUS) təşkili və idarə olunması.
- Təhlükəsizlik siyasətləri xidmətinin təşkili və idarə olunması.
- Elektron poçt və ismarıc xidmətlərinin təşkili və idarə olunması.
- Virus və spama qarşı sisteminin təşkili və idarə olunması.
- İnternet, şəbəkə resursları və çap xidmətlərindən istifadə sisteminin təşkili və idarə olunması.
- İnformasiyanın mərkəzləşmiş halda saxlanılmasının təşkili.
- Şəbəkəyə uzagdan daxil olma sisteminin təşkili və idarə olunması.
- Sistem faylları, məlumatlar və informasiyadan icazəsiz istifadənin qarşısının alınması və şəbəkələrarası məlumat mübadiləsi təhlukəsizliyinin təmin edilməsi.
- Sistem infrastrukturunda zəif nöqtələrin müəyyən edilməsi və kritik (fövqəladə) hadisələrə vaxtında reaksiyanın verilməsi.
- Şəbəkə, sistem və mənbəylərə daxilolma hadisələrinin protokollaşdırılması və təhlili.
- İşçi stansiyalar və serverlərə daxilolmaların məhdudlaşdırılması.
- Şəbəkə və sistemin dayanıglıgı və fasiləsiz işləməsinin təmin edilməsi, o cümlədən məlumatların ehtiyyat sürətlərinin yaradılması və bərpası.
- Sistem konfiqurasiyalarının sənədləşdirilməsi.
- Sistemdə mümkün olan nasazlıqları müəyyən edib aradan qaldırmaq məqsədilə test və profilaktik baxışların təşkil edilməsi.
- Server və şəbəkə avadanlığlarının müasirləşdirilməsi və əldə edilməsi üzrə təkliflər verilməsi.
- Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir.
- Bilavasitə rəhbəri, sahə rəhbəri və İdarə Heyəti sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, filialın Əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir.