- Xarakteri ƏL/TM ilə bağlı olmasına şübhə doğuran hallar və əməliyyatları müxtəlif təhlil metodlarından istifadə etməklə analiz edir, nəticələri müvafiq qaydada qeydiyyata alır, zərurət yarandığı hallarda yazılı təhlil hesabatları hazırlayaraq Məsul şəxsə təqdim edir;
- ƏL/TMM baxımından monitorinq olunmalı əməliyyatlara dair məlumat və sənədləri hazırlayır və maliyyə monitorinqi orqanına təqdim edilməsi üçün zəruri tədbirləri görür;
- Maliyyə monitorinqi orqanı, nəzarət orqanları tərəfindən göndərilmiş sorğuları onların müəyyən etdiyi müddətdə və formada cavablayır;
- Bankın/müştərilərin bütün əməliyyatları (əqdləri) ilə əlaqədar istənilən məlumatı Bankın əməkdaşlarından səbəbi göstərilmədən əldə edir;
- Bankın ümumi nizam-intizamına riayət edir;
- ƏL/TMM üzrə struktur vahidin iyerarxiya üzrə digər əməkdaşlarına ƏL/TMM sahəsi ilə əlaqədar işlər/prosedurlar üzrə tövsiyələr verir;
- Özünün bilik, bacarıq və profesionallığını davamlı inkişaf etdirir;
- Departamentin Əsasnaməsi, ƏL/TMM siyasəti və bankın digər korporativ aktlarında nəzərdə tutulan, həmçinin ona həvalə edilmiş bütün işləri görür;
- Əmək müqaviləsi, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir;
- Bilavasitə rəhbəri, Sahə rəhbəri və İdarə Heyətinin sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir;
- ƏL/TMM sahəsində fəaliyyət üzrə Bankın əməkdaşlarına məsləhətlər verir, onların ƏL/TMM sahəsi ilə əlaqəli sorğularını cavablandırır və bu istiqamətdə zəruri köməkliyini göstərir;
- ƏL/TMM sahəsində fəaliyyət üzrə Bankın əməkdaşlarına mütəmadi təlimlərin keçirilməsi prosesində iştirak edir;
- Mərkəzi Bankın həyata keçirdiyi yoxlamalar, həmçinin daxili və xarici audit zamanı səlahiyyətinə aid məsələlər üzrə bütün lazımi dəstək və köməyi göstərir;
- ƏL/TMM-ə dair daxili qayda və prosedurların yazılmasından bilavasitə iştirak edir və zəruri dəstək göstərir.