-Bankdaxili korporativ aktlarla müəyyənləşdirilmiş qaydada Bankın idarəetmə orqanları, struktur bölmələr və/və ya vəzifəli şəxslərindən icra olunmuş sənədləri akt əsasında təhvil alır;
-Arxivə təhvil verilmiş sənədləri tarix və aidiyyəti üzrə qruplaşdırır, qovluqlara yerləşdirir və reyestrini tərtib edir;
-Bəzi arxiv sənədlərini elektron məlumat daşıyıcılarında (scan formada) əks etdirir və sorğu verən idarəetmə orqanına, struktur bölməyə və/və ya vəzifəli şəxsə elektron poçt vasitəsi ilə göndərir;
-Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir;
-Bilavasitə rəhbəri, sahə rəhbəri və İdarə Heyəti sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, filialın Əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir.