Bölmələr
Xidmət bölməsinin eksperti
Bitmə tarixi: 30 İyun 2025
Vakansiya aktiv deyil.
Vəzifə funksiyaları
1. Fiziki və hüquqi şəxslərə (banklar istisna olmaqla) mövcud qanunvericiliyə və bankdaxili təlimatlara əsasən bütün növ bank hesablarının açılması, yenidən rəsmiləşdirilməsi və bağlanılması ilə bağlı danışıqları aparır, sənədləri qəbul edir, yoxlayır və müvafiq hesablar açır;
2. Tərəfindən aparılmış əməliyyatlar üzrə Bankın mövcud olan tariflərinə əsasən bank komissiyalarını tutur;
3. Müştəriyə kassa-hesablaşma xidmətlərinin göstərilməsi ilə əlaqədar bütün növ tapşırıq sənədlərini (kassa mədaxil və məxaric orderləri, pul çekləri, ödəniş tapşırıqları, xarici valyutanın alqı-satqı sifarişləri, balansdankanar mədaxil və məxaric orderləri (çeklər və kartlar üzrə) və s.) hazırlayır və ya qəbul edir, yoxlayır və xüsusi qeydləri olmadığı halda imzalayaraq bankdaxili təlimatlara əsasən icra edir və ya müvəkkil bölmələrə ötürür;
4. Ödəniş tapşırıqlarını qəbul edir, əməliyyatın keçməsi üçün hesablarda kifayət qədər vəsaitlərin mövcudluğunu və əməliyyatların qanunvericiliyə uyğun olub olmamasını yoxlayır, kənarlaşma aşkar olunmadıqda bank əməliyyat proqramında yığılmasını və vaxtında Əməliyyat departamentinə ötürülməsini təmin edir, kənarlaşma olduqda müştəriyə geri qaytarır;
5. Müştərilərin hesablarına səlahiyyətli dövlət orqanlarından daxil olmuş inkasso sərəncamlarını qəbul edir, əməliyyatların qanunvericiliyə uyğun olub olmamasını yoxlayır, kənarlaşma aşkar olunmadıqda həmin sənədləri Əməliyyat departamentinə help desk platforması üzərindən ötürür, kənarlaşma olduqda səlahiyyətli dövlət orqanlarına geri qaytarır;
6. Şəhadətnamə-dublikatlar əsasında açılmış hesabların bağlanması barədə məlumatları help desk platforması üzərindən Əməliyyat departamentinə göndərir;
7. Əmək haqqı layihələri üzrə aparılan əməliyyatları-əmək haqqı kartlarını sifariş edir, müvafiq komissiya məbləğini silir, PİN kodların təhvil-təslim aktının hazırlayır və təhvil verir;
8. Bölməyə dair MXD/filiala göndərilən plastik kartların PİN kodlarının saxlanılması, uçotunun aparılmasını təmin edir;
9. Müştərilərin müraciətlərinə əsasən hesabları üzrə çıxarışlarını hazırlayır;
10. Qeyri-kredit məhsullarına aid Qarantiyaların sənədləşməsinin edilməsi , blok hesabın açılması, sığorta məbləğinin bloklaşdırılması əməliyyatlarını icra edir;
11. Təcili ödəniş sistemləri vasitəsilə müştərilərə daxil olmuş vəsaitləri verir və ya köçürmələr edir. Təcili ödənişlər sistemləri ilə işləyərkən qüvvədə olan qanunvericiliylə va bankdaxili qaydalarla yanaşı bu sistemlərin prosedurları və standartlarını da rəhbər tutur;
12. Kassa işinin təşkilinə dair sənədlər - valyuta mübadilə məntəqəsinə avansın ayrılması ilə bağlı məxaric orderi, Əməliyyat günü ərzində Bankomatların inkassasiyası məqsədi ilə vəsaitlərin məxarici və Pos-terminal məxaricləri ilə bağlı tərtib edilən kassa məxaric orderləri, pul saxlanılan yerdə olan nağd pulun və digər qiymətlilərin uçotu (Xəzinə kitabı) üzrə sənədləri yoxlayır və imzalayır;
13. Fiziki və hüquqi şəxslərə Bankın əmanət məhsulları barədə ətraflı məlumat verir və maraqlı şəxslərlə bağlanılacaq əmanət müqavilələrini rəsmiləşdirərək bankadaxili təlimatlara uyğun olaraq hərəkət edir.
14. “Tədiyyə balansı” ARMB-nın hesabat formasının doldurulması ilə əlaqədar Filial Şəbəkəsinin İdarə edilməsi Departamentinə bütün zəruri məlumatları ötürür və müvafiq bank əməliyyatı proqramında lazımi əməliyyatları icra edir.
15. Xarici valyutada əməliyyatlar və müştərilərlə xarici valyutanın alqı-satqısı ilə əlaqədar əqdləri apararkən bankdaxili Tarif və Xidmət Şərtlərinə uyğun olaraq Bankın Xəzinədarlıq departamenti tərəfindən müəyyən edilmiş və ARMB-nın məzənnələrini əsas götürür;
16. Plastik Kartların statusunun, onlarla bağlı məlumatların dəyişdirilməsi və kartların yenidən sifarişi ilə bağlı ərizələri təhlil etməkələ qəbul və icra edir;
17. Kartın müddətinin uzadılması (Prolongation), kartın yenidən hazırlanması (Replace Card), kart sahibinin hesabından silinmiş vəsaitə görə etirazı üzrə araşdırmanın aparılması (“Chargeback”), bir hesaba bağlı əlavə kartın buraxılması ilə əlaqədar əməliyyatlar üzrə ərizələri help desk platforması üzərindən Ödəniş sistemləri departamentinə göndərir;
18. Bankın Xidmət Tarifləri və Şərtlərində qeyd olunan digər xidmətləri və əməliyyatları da müştərilərə təklif edir, buna dair sualları və müraciətləri cavablandırır, şərtlərə uyğun hərəkət edib əməliyyatı icra edir;
19. Bölməyə dair sənədləri arxivləşdirir;
20. Birbaşa rəhbəri, MXD/filial direktoru, MXD/filial direktorunun müavini və Filial Şəbəkəsinin İdarə edilməsi Departamenti tərəfindən tələb edilən sorğu və hesabatları vaxtında icra və təmin edir;
21. Baxılmış ərizələr və aparılan əməliyyatlar üzrə bank və kommersiya sirləri təşkil edən məlumatların qorunmasını təmin edir;
22. Əmək müqaviləsi, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir;
23. Bilavasitə rəhbəri, sahə rəhbəri və İdarə Heyətinin sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir;
24. Xidmət bölməsində praktikada olan və ya sınaq müddətində olan və bilavasitə rəhbər tərəfindən təhkim edilmiş şəxslərə iş prosesini, qanunvericiliyi və bankdaxili qaydaları öyrədir;
25. Əmək müqaviləsi, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir;
26. Bilavasitə rəhbəri, sahə rəhbəri və İdarə Heyətinin sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir.
Yumşaq bacarıqlar
Digər şərtlər
 Vəzifələrini həyata keçirən zaman ortaya çıxan vacib məsələlər barədə subordinasiya qaydalarına uyğun olaraq bilavasitə rəhbərinə müraciət edir və məsələlərin həlli istiqamətində onunla əməkdaşlıq edir.
 Əmək fəaliyyəti prosesində Bankın struktur bölmələrinin cari iş ahənginin pozulmasına və komandadaxili münasibətlərin pisləşməsinə təsir göstərən hərəkətlərə yol verməməlidir.
Dil biliyi
  • Azərbaycan - Yüksək
  • Rus - Orta
  • İngilis - Başlanğıc
Kompüter biliyi
  • MS office - Başlanğıc
Sosial şəbəkələrdə paylaş
Vakansiya tarixi
28 Aprel 2025
Bitmə tarixi
30 İyun 2025
Təhsil səviyyəsi
Ali təhsil - bakalavriat
Sahə üzrə iş təcrübəsi
Tələb olunmur
Struktur
Mərkəz filialı
Ünvan
Bakı, Аzərbaycan pr, 3
Abunə olmaqla bütün yeniliklərimizdən eləcə də aktiv vakansiyalardan xəbərdar ola bilərsiniz