1. Şöbənin səlahiyyətinə aid olan məsələlər üzrə dövlət orqanları (nazirliklər, dövlət komitələri, prokurorluq, istintaq, vergi orqanları və s.), digər qurumlar (publik hüquqi şəxslər, idarə, müəssisə, təşkilatlar və s.) və üçüncü şəxslərdən (notariuslar, vəkillər, fərdi sahibkarlar və digər istənilən şəxslər və s.) Banka daxil olan sorğu və müraciətlərə baxaraq qanunvericiliyə uyğun cavablar hazırlayır və bu məqsədlə aidiyyəti struktur bölmələrə hüquqi dəstək verir;
2. Məhkəmələrdən Banka daxil olan sorğu və müraciətlərə baxır və qanunvericiliyə uyğun cavablar hazırlayır;
3. İstehlakçıların müraciətlərinin cavablandırılması prosesini hüquqi cəhətdən dəstəkləyir.