Bölmələr
2 saylı Mikrokreditlər bölməsinin rəhbəri
Bitmə tarixi: 30 İyun 2025
Vəzifə funksiyaları
- Filialın Mikrokreditlər üzrə portfelinin artımına və keyfiyyətinə nəzarət edir;
- Bank tərəfindən filialın Mikrokreditlər bölməsinin qarşısında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsinə nəzarət edir və bununla əlaqədar təkliflər verir;
- Müştəri Xidmətləri Departamentinin/Filialın Kredit Komitəsinidə mütləq üzv kimi iştirak edir;
- Müştəri Xidmətləri Departamentinin/Filialın Kiçik Kredit Komitəsinə sədrlik edir;
- Müştəri Xidmətləri Departamentinin/Filialın Kiçik Kredit Komitələrinin vaxtında və müəyyən edilmiş qaydada keçirilməsinə nəzarət edir;
- Filialın Mikrokreditlər bölməsinin əməkdaşlarının bankın daxili qaydalara və işguzar adətlərə əsasən öz vəzifələrini məsuliyyətlə yerinə yetirməsinə əmək intizamına, davamiyyətə və əməkdaşların geyim qaydalarına riayət etmələrinə nəzarət edir;
- Filialın Mikrokreditlər bölməsində yaranmış problemlərin qısa müddət ərzində həll edilməsi prosesini koordinasiya edir;
- Etibarnamə əsasında müəyyən edilmiş məbləğ çərçivəsində Mikrokredit müqavilələrini,girov və ipoteka müqavilələrini həmçinin qeyd edilən müqavilələrin əlavələrini imzalayır;
- Bank tərəfindən müəyyən olunmuş səlahiyyətlər çərçivəsində imzaladığı Mikrokredit müqavilələri barədə birbaşa rəhbərinə gündəlik olaraq hesabat verir;
- Filialın Mikrokreditlər bölməsi tərəfindən filialda yerləşən maddi-texniki bazadan təyinatı üzrə istifadə edilməsinə nəzarət edir;
- Filialın Mikrokreditlər bölməsinin inkişafı, məhsulların və xidmətlərin təkmilləşdirilməsi barədə təkliflər verir, Biznes sahəsi tərəfindən müəyyən edilmiş hesabatların hazırlanmasına nəzarət edir, bankdaxili qaydaları və qanunvericilikdə olan yenilikləri işçilərə izah edir;
- Bankın daxili qaydalarına əsasən, problemli kreditlərin ekspertlər tərəfindən təqibinə nəzarət edir;
- Problemli ərizəçi və müştərilərlə, onların zaminləri ilə həmçinin, xüsusi diqqət tələb edən borcalanlarla danışıqlar aparır;
- Bank daxili qaydalarla müəyyən edilmiş aylıq monitorinq planına əsasən monitorinqlər həyata keçirir və monitorinq hesabatını Mikrokreditlər Departamentinə və bir başa rəhbərinə təqdim edir;
- İş günü ərzində ekspertlərin müştərilərlə ünsiyyətinə nəzarət edir;
- Filialın Mikrokreditləri bölməsinin bölmədaxili İT problemləri ilə bağlı birbaşa rəhbəri və aidiyyəti sturukturları məlumatlandırır;
- Filialın Mikrokreditlər bölməsinin digər əməkdaşları ilə treyninqlər aparır. Iştirak etdiyi təlimlərdə əldə etdiyi zəruri bilgiləri onlarla paylaşır;
- Filialın Mikrokreditlər bölməsi ilə bağlı daxil olan sorğu və hesabatların vaxtında icra və təmin edilməsinə nəzarət edir, Filial direktorunun və Mikrokreditlər Departamentinin sorğularına əsasən müəyyən hesabatlar hazırlayır;
- Bank tərəfinfən verilmiş etibarnaməyə əsasən müəyyən edilmiş səlahiyyətlər çərçivəsində Bankı Dövlət orqanları qarşında təmsil edir;
- İmzalanmış iltizama əsasən bank və kommersiya sirrinin qorunmasına əməl edir və bu məlumatların filialın digər əməkdaşları tərəfindən yayılmamasına bütün imkanlarından istifadə edərək nəzarət edir;
- Mərkəzi kredit reyestrində ərizəçilərin yoxlanılmasının bankdaxili prosedurlara əsasən həyata keçirilməsinə nəzarət edir;
- Filialın Mikrokreditlər bölməsinə dair sənədlərin mövcudluğuna, səliqəsinə və arxivləşdirilməsinə nəzarət edir;
- Rəhbərlik etdiyi bölmə tərəfindən gündəlik kredit satışlarına nəzarət edir;
- Bir başa marketinqlərin həyata keçirilməsi məqsədi ilə Mikrokreditlər bölməsinin iş qrafikini müəyyən edir, müvafiq bukletlərlə təmin edilməsinə nəzarət edir;
- Mikrokreditlər bölməsinə cəlb edilən təcrübəçilərin hazırlanmasına, onların praktika müddətində nəzəri və praktiki biliklərinin artırılmasına nəzarət edir;
- Filialda Mikrokreditlər bölməsi üzrə aparılmış bütün daxili və xarici yoxlamaların nəticəsində aşkar edilmiş nöqsan və çatışmamazlıqlar barədə yazılı hesabat verir, onların qoyulmuş vaxt ərzində aradan qaldırılmasını təmin edir;
- Əmək müqaviləsi, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir.
- Bilavasitə rəhbəri, sahə rəhbəri və İdarə Heyətinin sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir.
Yumşaq bacarıqlar
  • Məsuliyyət
  • İdarəetmə
  • Keyfiyyət yönümlülük
  • Stresin idarə edilməsi
  • Qrup liderliyi
Digər şərtlər
 Vəzifələrini həyata keçirən zaman ortaya çıxan vacib məsələlər barədə subordinasiya qaydalarına uyğun olaraq bilavasitə rəhbərinə müraciət edir və məsələlərin həlli istiqamətində onunla əməkdaşlıq edir.
 Əmək fəaliyyəti prosesində Bankın struktur bölmələrinin cari iş ahənginin pozulmasına və komandadaxili münasibətlərin pisləşməsinə təsir göstərən hərəkətlərə yol verməməlidir.
Dil biliyi
  • Azərbaycan - Mükəmməl
  • Rus - Orta
Kompüter biliyi
  • MS office - Yüksək
Sosial şəbəkələrdə paylaş
Vakansiya tarixi
13 İyun 2025
Bitmə tarixi
30 İyun 2025
Təhsil səviyyəsi
Ali təhsil - bakalavriat
Sahə üzrə iş təcrübəsi
3 - 0 il
Struktur
Sumqayıt filialı
Ünvan
Sumqayıt, Z.Hacıyev küç, 183
Abunə olmaqla bütün yeniliklərimizdən eləcə də aktiv vakansiyalardan xəbərdar ola bilərsiniz