Bölmələr
1 saylı İstehlak kreditləri bölməsinin kiçik eksperti
Bitmə tarixi: 31 İyul 2025
Vəzifə funksiyaları
Aşağıda göstərilən vəzifələri bölmə rəhbərinin, o olmadıqda baş/aparıcı ekspertinin nəzarəti altında icra edir:
- Bankın daxili qaydalarına əsasən müəyyən olunmuş limitlər çərçivəsində müraciət olunmuş ərizələrin və müraciətlərin təhlilində iştirak edir, həmçinin müraciətlər əsasında xidməti məktubların tərtib edilməsini təmin edir;
- Fiziki və hüquqi şəxslərə (banklar istisna olmaqla) mövcud qanunvericiliyə və bankdaxili təlimatlara əsasən bütün növ bank hesablarının açılması, yenidən rəsmiləşdirilməsi və bağlanılması ilə bağlı danışıqları aparır, sənədləri qəbul edir, yoxlayır və müvafiq hesablar açır;
- Müəyyən olunmuş limitlər çərçivəsində və yaxud Kredit Komitəsində müsbət qərar almış həmçinin İH sədrinin əmri və ya sahə rəhbərinin sərəncamı əsasında ərizələrin və müraciətlərin kreditvermə hüquqları ilə bağlı bankın daxili qaydalarının tələblərinə əməl etməklə rəsmiləşdirilməsini təmin edir;
- Kreditin ödənişi üçün müraciət etmiş müştərilərin ödənişini qəbul edir, onlara hesabları haqqında tələb etdikləri məlumatların verilməsini və ödəniş zamanı baş vermiş səhvlərlə bağlı düzəlişlərin ediməsi üçün müraciətləri əsasında xidməti məktubların tərtib edilməsini təmin edir;
- Verilmiş kreditlərin təminatı kimi tələb olunan əmlakların Müştəri Xidmətləri Departamentinin/Filialın girov qeydiyyatına götürülməsi, girov qeydiyyatından çıxarılması həmçinin kreditlə və hesabla bağlı məlumatların dövlət orqanlarına və tərəfdaş sığorta şirkətlərinə verilməsi barədə sənədlərin hazırlanmasını təmin edir;
- Tərəfindən aparılmış əməliyyatlar üzrə Bankın mövcud olan tariflərinə əsasən bank komissiyalarını tutur;
- Müştəriyə kassa-hesablaşma xidmətlərinin göstərilməsi ilə əlaqədar bütün növ tapşırıq sənədlərini (kassa mədaxil və məxaric orderləri, pul çekləri, ödəniş tapşırıqları, xarici valyutanın alqı-satqı sifarişləri, balansdankanar mədaxil və məxaric orderləri (çeklər və kartlar üzrə) və s.) hazırlayır və ya qəbul edir, yoxlayır və xüsusi qeydləri olmadığı halda imzalayaraq bankdaxili təlimatlara əsasən icra edir və ya müvəkkil bölmələrə ötürür;
- Ödəniş tapşırıqlarını, müştərilərin hesablarına səlahiyyətli dövlət orqanlarından daxil olmuş vergi və inkasso sərəncamlarını qəbul edir, yoxlayır, əməliyyatın keçməsi üçün hesablarda kifayət qədər vəsaitlərin mövcudluğunu və əməliyyatların qanunvericiliyə uyğun olub olmamasını yoxlayır, kənarlaşma aşkar olunmadıqda həmin sənədləri Əməliyyat Departamentinə elektron poçtla yaxud digər vasitələrlə ötürür, kənarlaşma olduqda müştəriyə və ya səlahiyyətli dövlət orqanlarına geri qaytarır;
- Şəhadətnamə-dublikatlar əsasında açılmış hesablar barədə məlumatları elektron poçtla yaxud digər vasitələrlə Əməliyyat Departamentinə göndərir;
- Əmək haqqı layihələri üzrə aparılan əməliyyatları icra edir, əmək haqqı kartlarını sifariş edir, müvafiq komissiya məbləğini silir, PİN kodların təhvil-təslim aktının hazırlayır və təhvil verir;
- Bölməyə dair MXD/filiala göndərilən plastik kartların PİN kodlarının saxlanılması, uçotunun aparılmasını təmin edir;
- Müştərilərin müraciətlərinə əsasən hesabları üzrə çıxarışlarını hazırlayır;
- Kredit məhsulları üzrə müştəri cəlbinə dair BƏP-də, həmçinin bankın daxili internet səhifələrində (intranet, portal və s) və Filial Şəbəkəsinin İdarə Edilməsi Departamenti tərəfindən mail vasitəsilə göndərilmiş müştərilərə zənglərin edilməsini təmin edir;
- Bankın inzibati ofislərindən (baş idarə, inzibati mərkəz, filiallar və s) kənarda müştərilərin cəlb edilməsi fəaliyyətini həyata keçirir
- Pul vəsaiti və ya depozit hesabına Qarantiya məktublarının verilməsi üzrə əməliyyatları icra edir;
- Təcili ödəniş sistemləri vasitəsilə müştərilərə daxil olmuş vəsaitləri verir və ya köçürmələr edir. Təcili ödənişlər sistemləri ilə işləyərkən qüvvədə olan qanunvericiliylə va bankdaxili qaydalarla yanaşı bu sistemlərin prosedurları və standartlarını da rəhbər tutur;
- Kassa işinin təşkilinə dair sənədlər - valyuta mübadilə məntəqəsinə avansın ayrılması ilə bağlı məxaric orderi, Əməliyyat günü ərzində Bankomatların inkassasiyası məqsədi ilə vəsaitlərin məxarici və Pos-terminal məxaricləri ilə bağlı tərtib edilən kassa məxaric orderləri, pul saxlanılan yerdə olan nağd pulun və digər qiymətlilərin uçotu (Xəzinə kitabı) üzrə sənədləri yoxlayır və imzalayır;
- Fiziki və hüquqi şəxslərə Bankın əmanət məhsulları barədə ətraflı məlumat verir və maraqlı şəxslərlə bağlanılacaq əmanət müqavilələrini rəsmiləşdirərək bankdaxili təlimatlara uyğun olaraq hərəkət edir;
- “Tədiyyə balansı” müvafiq hesabat formasının doldurulması ilə əlaqədar Filial Şəbəkəsinin İdarə Edilməsi Departamentinə bütün zəruri məlumatları ötürür və müvafiq bank əməliyyatı proqramında lazımi əməliyyatları icra edir;
- Xarici valyutada əməliyyatlar və müştərilərlə xarici valyutanın alqı-satqısı ilə əlaqədar əqdləri apararkən bankdaxili Tarif və Xidmət Şərtlərinə uyğun olaraq Bankın Xəzinədarlıq departamenti tərəfindən müəyyən edilmiş və ARMB-nın məzənnələrini əsas götürür;
- Plastik kartların statusunun, onlarla bağlı məlumatların dəyişdirilməsi və kartların yenidən sifarişi ilə bağlı ərizələri təhlil etməklə qəbul edir;
- Kartın müddətinin uzadılması (Prolongation), kartın yenidən hazırlanması (Replace Card), bir hesaba bağlı əlavə kartın buraxılması və s. ilə əlaqədar əməliyyatları icra edir;
- Kart sahibinin hesabından silinmiş vəsaitə görə etirazı üzrə araşdırmanın aparılması üzrə ərizələri elektron poçtla yaxud digər vasitələrlə (“Chargeback”) Ödəniş sistemləri departamentinə göndərir;

- Bankın daxili qaydaları və tariflərində qeyd olunan digər xidmətləri və əməliyyatları da müştərilərə təklif edir, buna dair sualları və müraciətləri cavablandırır, şərtlərə uyğun hərəkət edib əməliyyatı icra edir;
- Rəsmləşdirilən sənədləri arxivləşdirir;
- Bir başa rəhbəri, filial direktoru, filial direktorunun müavini, Filial Şəbəkəsinin İdarə Edilməsi Departamenti tərəfindən tələb edilən sorğu və hesabatları vaxtında icra və təmin edir;
- Özünün rəsmiləşdirdiyi həmçinin ona təhkim edilmiş kredit portfeli üzrə ödənişi gecikən müştərilərin zəng vasitəsilə təqibini icra edir;
- Baxılmış ərizələr və aparılan əməliyyatlar üzrə bank və komersiyya sirləri təşkil edən məlumatların qorunmasını təmin edir;
- Əmək müqaviləsi, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir;
- Bilavasitə rəhbəri, sahə rəhbəri və İdarə Heyətinin sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir.
Yumşaq bacarıqlar
  • Məsuliyyət
  • Nizam intizam
  • Dürüstlük
Digər şərtlər
 Vəzifələrini həyata keçirən zaman ortaya çıxan vacib məsələlər barədə subordinasiya qaydalarına uyğun olaraq bilavasitə rəhbərinə müraciət edir və məsələlərin həlli istiqamətində onunla əməkdaşlıq edir;
 Əmək fəaliyyəti prosesində Bankın struktur bölmələrinin cari iş ahənginin pozulmasına və komandadaxili münasibətlərin pisləşməsinə təsir göstərən hərəkətlərə yol verməməlidir.
Dil biliyi
  • Azərbaycan - Yüksək
  • Rus - Orta
  • İngilis - Başlanğıc
Kompüter biliyi
  • Ms office - Başlanğıc
Sosial şəbəkələrdə paylaş
Vakansiya tarixi
21 İyun 2025
Bitmə tarixi
31 İyul 2025
Təhsil səviyyəsi
Ali təhsil - bakalavriat
Sahə üzrə iş təcrübəsi
Tələb olunmur
Struktur
Mərdəkan filialı
Ünvan
Bakı, Xəzər rayonu, Mərdəkan qəsəbəsinin girişi
Abunə olmaqla bütün yeniliklərimizdən eləcə də aktiv vakansiyalardan xəbərdar ola bilərsiniz