Bölmələr
Analitik və təqibə dəstək bölməsinin eksperti
Bitmə tarixi: 31 İyul 2025
Vəzifə funksiyaları
 Departament üzrə bütün əməkdaşların işə davamiyyəti, məzuniyyət, icazəlilərin və izahatların qeydiyyatı və ayın sonunda hesabatlarının aparılmasına nəzarət edir.
 Vəfat etmiş müştərilərin işləri ilə bağlı Bankın təlimat və qaydalarının həyata keçirilməsini təmin edir.
 Departamentin iş fəaliyyətinə aid olan bütün növ ərizə və xidməti məktubların qəbul edilməsi, hazırlanması və aidiyyatı struktur bölmələrə və ya vəzifəli şəxslərə yönləndirilməsini təmin edir.
 Departamentə lazım olan dəftərxana ləvazimatlarının sifariş və qəbul edilməsini təmin edir.
 Təqib şöbəsinin bildiriş sifarişlərinin və digər məktubların hazırlanmasını təmin edir.
 Təqib şöbəsi ilə əlaqəli mütəmadi olaraq zəruri hesabatların tərtib edilməsini və şöbə müdirinə və ya departament direktoruna təqdim edilməsini təmin edir.
 Rəhbərliyin tapşırığı ilə hesabat göstəricilərinin biribirinə nisbətən, müqayisəli və sair müxtəlif formalı hesabatlar hazırlayır.
 Əmək müqaviləsi, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir.
 Bilavasitə rəhbəri, sahə rəhbəri və İdarə Heyəti sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, Bankın Nizamnaməsi, idarəetmə orqanlarınınvə/və ya departamentin (filialın) əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir.
Yumşaq bacarıqlar
  • Məsuliyyət
  • Nizam intizam
  • Təşəbbüskarlıq
  • Nəticəyə yönümlülük
  • Qərarvermə
  • Detallara diqqət
  • Problem həlletmə
Digər şərtlər
 Vəzifələrini həyata keçirən zaman ortaya çıxan vacib məsələlər barədə subordinasiya qaydalarına uyğun olaraq bilavasitə rəhbərinə müraciət edir və məsələlərin həlli istiqamətində onunla əməkdaşlıq edir.
 Əmək fəaliyyəti prosesində Bankın struktur bölmələrinin cari iş ahənginin pozulmasına və komandadaxili münasibətlərin pisləşməsinə təsir göstərən hərəkətlərə yol verməməlidir.
Dil biliyi
  • Azərbaycan - Mükəmməl
Kompüter biliyi
  • Excel - Yüksək
  • SQL - Yüksək
Sosial şəbəkələrdə paylaş
Vakansiya tarixi
04 İyul 2025
Bitmə tarixi
31 İyul 2025
Təhsil səviyyəsi
Ali təhsil - bakalavriat
Sahə üzrə iş təcrübəsi
1 - 0 il
Struktur
Problemli kreditlər departamenti / Müraciətlərə baxılması və təqibə dəstək şöbəsi
Ünvan
Bakı, Atatürk pr. 50A
Abunə olmaqla bütün yeniliklərimizdən eləcə də aktiv vakansiyalardan xəbərdar ola bilərsiniz