Bölmələr
Region icra bölməsinin kiçik eksperti
Bitmə tarixi: 31 Avqust 2025
Vəzifə funksiyaları
- İcraatında olan işlər üzrə borclu və zaminlərlə telefon əlaqəsi saxlayır, onlara Banka olan borcları barədə ətraflı məlumat verir, zərurət olduqda onları banka dəvət edir, borcun ödətdirilməsi məqsədilə onlarla danışıqlar aparır, habelə borcun ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun olaraq görüləcək tədbirlər və məsuliyyət növləri barədə məlumat verir;
- Borcluların və zaminlərin ünvanlarına bildirişlər, xəbərnamələr, məktublar və s. göndərir;
- Zərurət yarandıqda borcluların və zaminlərin yaşayış və ya iş yerlərinə gedir;
- İcra qurumları ilə əməkdaşlıq edərək icra sənədlərinin icra olunması işində iştirak edir;
- İcra tədbirləri üzrə qəbul olunmuş qərarların icrasını nəzarətdə saxlayır;
- Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının (qərarlarını)*və notariusun icra qeydlərinin(qeydlərini) yenidən icraya (icra bölməsinə) yönəldilməsini təmin edir;
- İcra qurumlarına təqdim olunması məqsədilə, borcun borclunun əmək haqqı, pensiya və ya digər gəlirlərinə yönəldilməsi barədə bankın müraciət məktublarının hazırlanılmasının və müvafiq olaraq həmin məktubların icra qurumlarına təqdim edilməsinin, habelə icra qurumları tərəfindən borcun borclunun əmək haqqı, pensiya və ya digər gəlirlərinə yönəldilməsinin təmin edilməsini ağlabatan müddətdə icra edir;
- Banka daxil olan pul vəsaitlərinin aidiyyatı üzrə köçürülməsi üçün müvafiq tədbirləri görür;
- Görülmüş icra tədbirləri ilə bağlı müvafiq statusların vurulması üçün lazımi işləri görür;
- İcra sənədləri ilə bağlı banka daxil olan sorğu, şikayət, ərizə və müraciətlərə baxır, qanunvericiliyə müvafiq olaraq cavabların hazırlanılması ilə bağlı baş hüquqşünas(lar) və aparıcı hüquqşünas(lar)la məsləhətləşir və müvafiq tədbirlər görür;
- İcra tədbirləri ilə bağlı ərizə və şikayətlərin hazırlanılması hazırlanması, habelə digər hüquqi məsələlərlə bağlı baş hüquqşünas(lar) və aparıcı hüquqşünas(lar)a müraciət edir;
- İcra etdiyi işlər üzrə zərurət olduqda bölmə rəhbəri və ya QİŞ müdiri ilə məsləhətləşmələr aparır və onların qərarlarına uyğun tədbirlər həyata keçirir;
- Görülən bütün tədbirlər və onların nəticələri barədə müvafiq bank proqramına lazımi qeydləri daxil edir;
- Şöbənin icraatında olan bağlanmış işlərin reyestrini aparır və müvafiq struktur bölməyə verilməsini təmin edir;
- Görülmüş tədbirlər və onların nəticələri barədə birbaşa rəhbərinə məlumat verir;
- Baş hüquqşünas(lar)ın, baş ekspert(lər)in, aparıcı hüquqşünas(lar)ın və aparıcı ekspert(lər)in iş ilə bağlı tövsiyyələrinə əməl edir;
- Əmək müqaviləsi, departamentin əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir;
- Əmək funksiyaları çərçivəsində bilavasitə rəhbəri və yuxarı rəhbərlər tərəfindən verilən qanuni tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir
Yumşaq bacarıqlar
  • Məsuliyyət
  • Nizam intizam
  • Təşəbbüskarlıq
  • Nəticəyə yönümlülük
  • Adaptasiya
  • Aktivlik (enerji, cəldlilik)
  • Detallara diqqət
  • Stresin idarə edilməsi
  • Analitik düşünmə qabiliyyəti
Digər şərtlər
- Vəzifələrini həyata keçirən zaman ortaya çıxan vacib məsələlər barədə subordinasiya qaydalarına uyğun olaraq bilavasitə rəhbərinə müraciət edir və məsələlərin həlli istiqamətində onunla əməkdaşlıq edir;
- Əmək fəaliyyəti prosesində bankın struktur bölmələrinin cari iş ahənginin pozulmasına və komandadaxili münasibətlərin pisləşməsinə təsir göstərən hərəkətlərə yol verməməlidir.
Dil biliyi
  • Azərbaycan - Mükəmməl
Kompüter biliyi
  • MS Office - Orta
Sosial şəbəkələrdə paylaş
Vakansiya tarixi
04 Avqust 2025
Bitmə tarixi
31 Avqust 2025
Təhsil səviyyəsi
Orta ixtisas təhsili
Sahə üzrə iş təcrübəsi
Tələb olunmur
Struktur
Məhkəmə və icra işləri üzrə hüquq departamenti / Qərarların icrası şöbəsi
Ünvan
Bakı, Atatürk pr. 50A
Abunə olmaqla bütün yeniliklərimizdən eləcə də aktiv vakansiyalardan xəbərdar ola bilərsiniz