Bölmələr
Bakı icra bölməsinin aparıcı hüquqşünası
Bitmə tarixi: 31 Avqust 2025
Vəzifə funksiyaları
- Bankın İcra icratı zamanı təmsil edilməsini həyata keçirir.
- Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icraya yönəlməsini təmin edir.
- Məhkəmə icraçıları ilə əməkdaşlıq edərək qərarların icra olunması işini təşkil edir.
- Axtarışda olan işlərlə bağlı daxili işlər orqanları və digər hüquq mühafizə orqanları ilə münasibətdə bankı təmsil edir.
- İcraatda olan işlərlə bağlı banka daxil omuş vəsaitlərin aidiyyat üzrə köçürülməsi üçün müvafiq tədbirlər görür.
- İcra məmurlarından Banka daxil olmuş qərarlara,məktub və sorğulara baxır və müvafiq tədbirlər görür.
- Icraatında olan işlər üzrə müvafiq şikayət, ərizə və məktubları hazırlayır;
- Məhkəmə qərarlarının icrası ilə bağlı Banka daxil olan şikayət,ərizə və müraciətlərə baxır və qanunvericiliyə uyğun müvafiq cavablar hazırlayır.
- Baş Hüquqşünas(lar)ın iş ilə bağlı tövsiyələrinə əməl edir.
- Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir.
- Bilavasitə rəhbəri, sahə rəhbəri və İdarə Heyəti sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, filialın Əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir.
Yumşaq bacarıqlar
  • Məsuliyyət
  • Nizam intizam
  • Təşəbbüskarlıq
  • Nəticəyə yönümlülük
  • Adaptasiya
  • Aktivlik (enerji, cəldlilik)
  • Detallara diqqət
  • Stresin idarə edilməsi
  • Analitik düşünmə qabiliyyəti
  • İdarəetmə
  • Keyfiyyət yönümlülük
  • Konfliktlərin idarə edilməsi
Digər şərtlər
- Vəzifələrini həyata keçirən zaman ortaya çıxan vacib məsələlər barədə subordinasiya qaydalarına uyğun olaraq bilavasitə rəhbərinə müraciət edir və məsələlərin həlli istiqamətində onunla əməkdaşlıq edir
- Əmək fəaliyyəti prosesində Bankın struktur bölmələrinin cari iş ahənginin pozulmasına və komandadaxili münasibətlərin pisləşməsinə təsir göstərən hərəkətlərə yol verməməlidir.
Dil biliyi
  • Azərbaycan - Mükəmməl
Kompüter biliyi
  • MS Office - Orta
Sosial şəbəkələrdə paylaş
Vakansiya tarixi
08 Avqust 2025
Bitmə tarixi
31 Avqust 2025
Təhsil səviyyəsi
Ali təhsil - bakalavriat
Sahə üzrə iş təcrübəsi
2 - 0 il
Struktur
Məhkəmə və icra işləri üzrə hüquq departamenti / Qərarların icrası şöbəsi
Ünvan
Bakı, Atatürk pr. 50A
Abunə olmaqla bütün yeniliklərimizdən eləcə də aktiv vakansiyalardan xəbərdar ola bilərsiniz