Bölmələr
Təqib şöbəsinin kiçik eksperti
Bitmə tarixi: 31 Avqust 2025
Vəzifə funksiyaları
 Bilavasitə özünə təhkim olunan portfeli yüksək keyfiyyətlə təqib edir və icraatında olan işlər üzrə görülmüş tədbirlərin qeydlərini aparır.
 Qаrşısınа qоyulаn vəzifələrin icrаsı məqsədi ilə zəruri məlumаt və sənədləri аlır.
 Müştərilərə, habelə zamin, girov qoyan, ipoteka qoyan və s. aidiyyatı şəxslərin ünvanlarına, iş yerlərinə və onlarla bağlı olan digər ünvanlara xəbərdarlıqlar və bildirişlər göndərilməsi barədə aidiyyatı struktura sifariş verir.
 Gördüyü işlər barədə mütəmadi olaraq şöbə müdirinə məlumat verir və tələb edildikdə hesabat təqdim edir.
 Gecikən kredit borclarının ödənilməsinin təmin edilməsi istiqamətində qanunvericiliyə, bankdaxili korporativ aktlara və müştəri ilə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq tədbirlər görür;
 Təhkim olunmuş portfeli üzrə borcalanın öhdəliklərinin aidiyyatı olan digər şəxslərə ötürülməsi, restrukturizasiyası və ya yenidən rəsmiləşdirilməsi istiqamətində müştəriləri müvafiq struktura yönləndirir.
 Əmək müqaviləsi, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir.
 Bilavasitə rəhbəri, sahə rəhbəri və İdarə Heyəti sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, Bankın Nizamnaməsi, idarəetmə orqanlarınınvə/və ya departamentin (filialın) əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir.
Yumşaq bacarıqlar
  • Məsuliyyət
  • Qətiyyətlilik
  • Nizam intizam
  • Nəticəyə yönümlülük
  • Adaptasiya
  • Stresin idarə edilməsi
Digər şərtlər
 Vəzifələrini həyata keçirən zaman ortaya çıxan vacib məsələlər barədə subordinasiya qaydalarına uyğun olaraq bilavasitə rəhbərinə müraciət edir və məsələlərin həlli istiqamətində onunla əməkdaşlıq edir.
 Əmək fəaliyyəti prosesində Bankın struktur bölmələrinin cari iş ahənginin pozulmasına və komandadaxili münasibətlərin pisləşməsinə təsir göstərən hərəkətlərə yol verməməlidir.
Dil biliyi
  • Azərbaycan - Yüksək
  • Rus - Başlanğıc
Kompüter biliyi
  • MS Office - Orta
Sosial şəbəkələrdə paylaş
Vakansiya tarixi
15 Avqust 2025
Bitmə tarixi
31 Avqust 2025
Təhsil səviyyəsi
Ümumi təhsil - tam orta təhsil
Sahə üzrə iş təcrübəsi
1 - 2 il
Struktur
Problemli kreditlər departamenti / Təqib şöbəsi
Ünvan
Bakı, Atatürk pr. 50A
Abunə olmaqla bütün yeniliklərimizdən eləcə də aktiv vakansiyalardan xəbərdar ola bilərsiniz