- Bankın qoşulduğu “Təcili ödəniş sistemləri” üzrə hesablaşmaların aparılması, göndərilmiş və daxil olmuş məbləğlər üzrə komissiyaların Bankın əməliyyat proqramında əks etdirilməsi, lazım olduğu hallarda klirinq əsasında ödəniş edilməsi üçün ödəniş tapşırığının tərtib edilməsi və bankdaxili qaydalara əsasən icrası
- İnternet banking/ödəniş terminalları/bankomatlar vasitəsilə aparılan kommunal, rabitə, kredit, sığorta, dövlət rüsumları, digər xidmətlərin ödənişləri üzrə əməkdaşlıq edilən təşkilatlarla müvafiq hesablaşmaların aparılması, Banka çatacaq komisyon haqlarını Bankın əməliyyat proqramında əks etdirilməsi, gündəlik əsasla bu sistemlər üzrə ödəniş tapşırıqlarını tərtib edilməsi və bankdaxili qaydalara əsasən icrasının təmin edilməsi
- KÖMİS üzrə ödənişlərin qəbulu ilə bağlı müvafiq klirinqin aparılması, bu klirinq əsasında banka çatacaq komisyon haqları Bankın əməliyyat proqramında əks etdirilməsi
- Ödəniş kartları ilə aparılan əməliyyatlara dair Mastercard/VISA/yerli kart prosessinq təşkilatları/ödəniş sistemləri və banklar ilə hesablaşmaların aparılması
- Prosessinq təşkilatları/ödəniş sistemləri tərəfindən təqdim olunmuş hesab fakturalar üzrə ödənişin icra olunması
- Müxtəlif ödənişlərin (rabitə, kommunal, sığorta və s.) aparılması üzrə aylıq əsasla hesab fakturaların tərtib edilməsi və Bankın əməkdaşlıq etdiyi xidmət müəssisələrinə göndərilməsi
- Müvafiq hesabatlar əsasında bankomatların inkassasiyalarının Bankın əməliyyat proqramında yoxlanılması
- Banka və Bankın müştərilərinə məxsus olan ödəniş tapşırıqlarının Mərkəzi bankın tələblərinə və həmçinin Bankın Ödəniş sistemləri vasitəsi ilə icra olunan ödəniş tapşırıqları və müxbir banklar arası aparılan məlumat mübadiləsi üzrə təlimatına uyğun olaraq tərtib edilməsini yoxlayır.
- Banka və Bankın müştərilərinə məxsus olan ödəniş tapşırıqlarının müvafiq sistemdə yığılmış formasının kağız daşıyıcısı ilə uyğunluğunun yoxlanılması
- Banka və Bankın müştərilərinə məxsus olan ödəniş tapşırıqlarının icrası zamanı müvafiq ödəniş tapşırıqlarının məbləğinə uyğun vəsaitin və tariflərə uyğun komisyon haqq məbləğinin müştərilərin hesabından silinməsi və bu məlumatların Bankın müvafiq əməliyyat proqramında əks etdirilməsi
- Banka və Bankın müştərilərinə məxsus ödəniş tapşırıqları ilə bağlı hər hansı düzəlişin edilməsi zamanı, həmin düzəlişin edilməsi üçün müştəri tərəfindən müvafiq ərizənin düzgün tərtib edilməsi, sistemdə düzgün yığılmasının yoxlanılması və göndərilməsi
- Bankın müştərilərinə məxsus ödəniş tapşırıqları ilə bağlı düzəlişin ödənişi edən müştərinin arzusu ilə edən zaman, edilmiş düzəlişə görə komissiyanın Bankın müvafiq tariflərinə əsasən müştərinin hesabından silinməsi
- Yerli və xarici banklara hər hansı bir məqsədlə göndərilmək üçün müvafiq strukturlar tərəfindən tərtib edilmiş və müvafiq ödəniş sistemində yığılmış məlumatların yoxlanılması və icra edilməsi
- Sənədli əməliyyatlarla bağlı banklararası komissiya və digər haqların ödənilməsi və bununla bağlı muhasibat yazılışlarının Bankın əməliyyat proqramında əks etdirilməsi
- Banka və Bankın müştərilərinə məxsus olan hesablara digər banklardan daxil olmuş vəsaitlər mədaxili üzrə müvafiq mühasibat yazılışlarını Bankın əməliyyat proqramında əks etdirir.
- Bankın və Bankın müştərilərinin xeyrinə digər banklardan vəsaitlərin daxil edilməsi zamanı Banka və Bankın müştərilərinə məxsus rekvizitlərdə hər hansı bir çatışmazlığın aşkar olunması zamanı vəsaiti göndərən banka bu haqda müvafiq məlumatın göndərilməsi üçün lazımi tədbirləri görür.
- Banka və Bankın müştərilərinə digər banklardan kredit ödənişi üçün vəsaitlərin daxil edilməsi zamanı Banka və Bankın müştərilərinə məxsus rekvizitlərdə hər hansı bir çatışmazlıq aşkar olunduqda Bankın Pərakəndə bank sahəsinin səlahiyyətlisinə, Problemli kreditlər və Hüquq departamentinin muvafiq əməkdaşına elektron poçt vasitəsilə məlumat göndərilməsini təmin edir (eyni zamanda vəsaiti göndərən banka rekvizitlərin dəqiqləşdirməsi üçün sorğu göndərilir).
- Banka və Bankın müştərilərinə digər banklardan kredit ödənişi üçün qüsurla daxil olan vəsaitlər üzrə göndərilmiş sorğuya cavab daxil olmadığı halda Bankın daxili proseduralarına uyğun olaraq daxili strukturların cavab məktubuna (elektron) əsasən vəsaiti göstərilən rekvizitlər üzrə mədaxil edir.
- Banka və Bankın müştərilərinə məxsus hesablarına rekvizitlərdə qüsurla daxil olan vəsaitlər üzrə göndərilmiş sorğuya cavab daxil olmadığı halda vəsaiti Bankın daxili proseduralarına uyğun olaraq geri qaytarır.
- Fiziki şəxs müştərilərin xeyrinə köçürmə yolu ilə daxil olan vəsaitlərdə hesabın valyutası ilə daxilolmanın valyutası fərqləndikdə bu barədə filialın xidmət bölməsinə məlumat verilməsini, 2 iş günü ərzində xidmət bölməsinin rəhbəri (və ya filial direktoru) tərəfindən müvafiq valyutada açılmış hesab barədə cavab daxil olduqda vəsaitin mədaxil edilməsi, əks halda qaytarılmasını təmin edir.
- Yerli və xarici banklardan hər hansı bir məqsədlə SWIFT sistemi ilə daxil olmuş məlumatların müvafiq strukturlara çatdırılmasını təmin edir.
- Yerli və xarici banklar tərəfindən hesabların saxlanılması, bu hesablarda aparılan əməliyyatlar üzrə bu banklar tərəfindən silinmiş hər hansı komisyon haqların Bankın əməliyyat proqramında əks etdirir.
- Digər banklar ilə Bankın apardığı nağd vəsaitin çıxarılması əməliyyatının faktına əsasən müvafiq mühasibat yazılışlarını Bankın əməliyyat proqramında əks etdirir.
- Yerli və xarici banklar tərəfindən bu banklarda olan Nostro hesablar üzrə əməliyyatların aparılması faktına əsasən göndərilmiş hesabdan çıxarışlarda əks olunmuş əməliyyatların və yekun qalıqların Bankın əməliyyat proqramında əks olunmuş mühasibat yazılışları və qalıqlar ilə uyğunluğuna nəzarət edir.
- Təcili pul köçürmələri sistemləri ilə aparılan əməliyyatlar istisna olmaqla, fiziki şəxslərin tədiyyə balansının uçotunun aparılmasını təmin edirŞöbənin kiçik ekspertlərinə və şöbədə təcrübədə olan təcrübəçilərə təlimlərin keçirilməsi
- Şöbənin kiçik ekspertləri və təcrübəçilərinə təlimlərin keçirilməsi
- Bilavasitə rəhbəri, sahə rəhbəri və İdarə Heyəti sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, filialın Əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirilməsi.
- Vəzifələrini həyata keçirən zaman ortaya çıxan vacib məsələlər barədə subordinasiya qaydalarına uyğun olaraq bilavasitə rəhbərinə müraciət edir və məsələlərin həlli istiqamətində onunla əməkdaşlıq edir
- Əmək fəaliyyəti prosesində Bankın struktur bölmələrinin cari iş ahənginin pozulmasına və komandadaxili münasibətlərin pisləşməsinə təsir göstərən hərəkətlərə yol verməməlidir.