- Gündəlik olaraq Bankın aktiv və passivlərinin valyuta strukturu üzrə hesabatını hazırlayır və aktiv və passivlərin strukturu üzrə münasibətləri təhlil edir;
- Gündəlik olaraq Bankın cari likvidlik vəziyyəti haqqında hesabatını hazırlayır, cari aktiv və öhdəliklərin strukturu üzrə münasibətləri təhlil edir;
- Gündəlik olaraq nəğd vəsaitlərin axınına nəzarət edir;
- Gündəlik olaraq Bankın ümümi və valyutalar üzrə maliyyə açığına nəzarət edir;
- Gündəlik olaraq Bankın kredit, depozit və balansdankənar öhdəliklər portfelinə nəzarət edir;
- Aylıq olaraq Bankın aktiv və passivlərinin valyutalar üzrə ödəniş müddətləri bölgüsünü hazırlayır və müddətlər üzrə likvidlik açığına nəzarət edir;
- Bankın büdcəsindən kənarlaşmaları təhlil edir və müvafiq təklifləri hazırlayır;
- Xərclərə və maliyyə effektivliyi göstəricilərinə nəzarət edir
- Əmək müqaviləsi, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir.
- Bilavasitə rəhbəri, sahə rəhbəri və İdarə Heyətinin sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir.
- Vəzifələrini həyata keçirən zaman ortaya çıxan vacib məsələlər barədə subordinasiya qaydalarına uyğun olaraq bilavasitə rəhbərinə müraciət edir və məsələlərin həlli istiqamətində onunla əməkdaşlıq edir.
- Əmək fəaliyyəti prosesində Bankın struktur bölmələrinin cari iş ahənginin pozulmasına və komandadaxili münasibətlərin pisləşməsinə təsir göstərən hərəkətlərə yol verməməlidir.