• Bankdaxili prosesləri izləmək, müvafiq strukturlarla görüşlər keçirmək və mövcud proseslər haqqında məlumatlar toplamaq;
• Proses xəritələri, iş axını sxemləri və proses sənədlərinin hazırlanması;
• Mövcud prosesləri təhlil edərək təkmilləşmə ehtiyaclarını müəyyənləşdirmək;
• Proseslərin optimallaşdırılması üzrə təkliflər vermək və aidiyyəti strukturlarla birgə həyata keçirilməsini təmin etmək;
• Süni intellekt layihələrinin icrasında iştirak etmək, AI əsaslı həllərin bank proseslərinə inteqrasiyası üçün araşdırmalar aparmaq;
• Camunda platforması əsasında proses avtomatlaşdırma sistemlərinin qurulmasında iştirak etmək;
• Rəqəmsallaşma sahəsində müvafiq həllərin, təşəbbüslərin hazırlanması və tətbiqi;
• Müvafiq işlərlə bağlı təqdimatların hazırlanması.
• Ali təhsil (İnformasiya texnologiyaları, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə);
• Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;
• Proqram və sistemlərin memarlığı, iş prinsipləri və müxtəlif texnoloji alətlərin təyinatı haqqında biliklər;
• Məlumatların toplanması, təhlili və sistemləşdirilməsi bacarığı;
• Yeni texnologiyaları öyrənmək və tez adaptasiya olmaq bacarığı;
• Təşkilatçılıq, planlaşdırma və effektiv ünsiyyət bacarıqları;
• Problem həll etmə və innovativ yanaşma qabiliyyəti;
• Azərbaycan dili – yüksək, İngilis dili – orta səviyyə.