Bölmələr
Kassa bölməsinin kiçik eksperti
Bitmə tarixi: 30 Sentyabr 2025
Vəzifə funksiyaları
-Manatda və xarici valyutada nağd pul vəsaitlərinin, çek kitabçalarının, yol çeklərinin habelə digər qiymətlilərin və ciddi hesabat blanklarının qəbul edilməsi, verilməsi, saxlanması və qorunması üzrə əməliyyatları həyata keçirir;
- Müştəri Xidmətləri Departamentinə/Filiala bağlı bankomatların və ödəniş aparatlarının inkassasiyasını həyata keçirilir;
- Mübadilə məntəqəsi üzrə xarici valyutanın alqı-satqısını qaydalara uyğun şəkildə həyata keçirir;
- Mədaxil və məxaric sənədlərinin, yol çeklərinin, plastik kartların digər qiymətlilərin təhvil-təslimi ilə bağlı aktların, həmçinin pul çeklərinin yoxlanılmasını həyata keçirir.
- Kassa kitabının, xarici valyutanın alqı-satqısına dair reyestr kitabının, mədaxil və məxaric üzrə kassa jurnalının lazımi məlumatların oxunaqlı formada qeyd edilməklə aparılmasını həyata keçirir. Əməliyyatları Bankın əməliyyat proqramında əks etdirir.
- İş gününün sonunda əməliyyat günü ərzində qəbul edilmiş pul vəsaitlərini kassanın rəhbərinə təhvil verir.
- Kassa bölməsinin fəaliyyətində mövcud olan nöqsanların aradan qaldırılması variantlarını birbaşa rəhbərin nəzərinə çatdırır.
- Bütün növ plastik kartların saxlanması, kassaya mədaxil olan, kassadan məxaric olan və saxlanılan kartların uçotunu aparır.
- Mədaxil və Məxaric sənədlərinin, kassa hesabatları sənədlərinin, təhvil-təslim aktlarının və digər sənədlərin arxivləşdirilməsini təmin edir;
- Tərəfindən aparılan əməliyyatlar üzrə bank və komersiyya sirləri təşkil edən məlumatların qorunmasını təmin edir;
- Bankın digər bölmələri ilə qarşılıqlı əlaqələr yaradır;
- Əmək müqaviləsi, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir.
- Bilavasitə rəhbəri, Filial şəbəkəsinin idarə edilməsi departamenti, sahə rəhbəri və İdarə Heyətinin sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir.
Yumşaq bacarıqlar
  • Məsuliyyət
  • Nizam intizam
  • Detallara diqqət
  • Dürüstlük
Digər şərtlər
Vəzifələrini həyata keçirən zaman ortaya çıxan vacib məsələlər barədə subordinasiya qaydalarına uyğun olaraq bilavasitə rəhbərinə müraciət edir və məsələlərin həlli istiqamətində onunla əməkdaşlıq edir.
- Əmək fəaliyyəti prosesində Bankın struktur bölmələrinin cari iş ahənginin pozulmasına və komandadaxili münasibətlərin pisləşməsinə təsir göstərən hərəkətlərə yol verməməlidir.
Dil biliyi
  • Azərbaycan - Yüksək
  • Rus - Orta
  • İngilis - Başlanğıc
Kompüter biliyi
  • MS office - Başlanğıc
Sosial şəbəkələrdə paylaş
Vakansiya tarixi
15 Sentyabr 2025
Bitmə tarixi
30 Sentyabr 2025
Təhsil səviyyəsi
Ali təhsil - bakalavriat
Sahə üzrə iş təcrübəsi
Tələb olunmur
Struktur
Əhmədli filialı
Ünvan
Bakı, Sarayevo küç, 23/22
Abunə olmaqla bütün yeniliklərimizdən eləcə də aktiv vakansiyalardan xəbərdar ola bilərsiniz