Bölmələr
Backend developer, İnternet bankçılıq bölməsinin eksperti
Bitmə tarixi: 01 Avqust 2023
Vakansiya aktiv deyil.
Vəzifə funksiyaları
-Yüksək dərəcədə genişlənə bilən proqram arxitekturasını dizayn etmək;
-Səliqəli və oxunaqlı kodların yazılmasına nail olmaq;
-Yeni layihələrin həyata keçirilməsində təşəbbüskarlıq nümayiş etdirmək;
-Yeni və mövcud layihələri təkmilləşdirmək, mövcud proqram təminatı layihələrini texniki dəstəkləmək;
-Bankdaxili və bankdan kənar istifadə üçün nəzərdə tutulan backend servislərin yazılmasını təmin etmək.
Yumşaq bacarıqlar
  • Məsuliyyət
  • Nizam intizam
  • Nəticəyə yönümlülük
  • Detallara diqqət
  • Stresin idarə edilməsi
  • Analitik düşünmə qabiliyyəti
Digər şərtlər
-Proqram təminatının hazırlanması prosesi, həyat dövrü və texnologiyaları haqqında geniş biliklərə malik olmaq;
-Arxitektura üslubları və sistem dizayn haqqında biliklərin olması;
-Məlumatların modelləşdirilməsi və verilənlər bazasının dizayn ilə bağlı təcrübə;
-Geniş istifadə olunan Java çərçivələri (Spring, Spring Boot, Micronaut, Hibernate) ilə bağlı biliklər;
-REST api və SOAP veb servislərinin texniki analiz, dizayn edilmə və kodlaşdırma bacarığı;
-Məlumatların modelləşdirilməsi və verilənlər bazasının dizayn ilə bağlı təcrübə;
-Alqoritmlər, məlumat strukturları barədə yaxşı səviyyədə bilmək, mikroservis arxitekturası haqqında bilmək;
-GIT ilə iş təcrübəsi;
-DevOps texnologiyalar yığını (Docker, Jenkins, Kubernetes) və CI/CD üzrə biliklərin, həmçinin yeni texnologiyaları (çərçivələr, dillər və ya alətlər) öyrənmək və tətbiq etmək istəyinin olması;
-NoSQL bilikləri üstünlükdür;
-İnformasiya texnologiyaları sahəsində ali təhsil üstünlükdür.
Dil biliyi
  • Azərbaycan - Yüksək
  • İngilis - Orta
Kompüter biliyi
  • MS Office -
Sosial şəbəkələrdə paylaş
Vakansiya tarixi
21 Fevral 2023
Bitmə tarixi
01 Avqust 2023
Təhsil səviyyəsi
Ali təhsil - bakalavriat
Sahə üzrə iş təcrübəsi
2 - 4 il
Ünvan
Bakı, Ağa Nemətulla küç. 219
Abunə olmaqla bütün yeniliklərimizdən eləcə də aktiv vakansiyalardan xəbərdar ola bilərsiniz