Bölmələr
Bank proseslərinin analitika bölməsinin eksperti
Bitmə tarixi: 31 Oktyabr 2025
Vəzifə funksiyaları
• Müştəri məlumatları, ödənişlər, konvertasiya və digər qeyri- bank sistemləri (Qmatic, Grafana, Jira , SAS və s.) üzrə daxil olan biznes tələblərinin toplanması, analiz edilməsi və texniki komandaya ötürülməsi..
• Funksional və texniki sənədlərin hazırlanması, o cümlədən BRD, FSD, Use Case və proses xəritələrinin tərtibi.
• İstifadəçi tələblərinin strukturlaşdırılması və onların prioritetləşdirilməsi üçün biznes sahibləri ilə sıx əməkdaşlıq.
• İnkişaf (development) və test komandaları ilə koordinasiyanın qurulması, texniki tapşırıqların aydın şəkildə ötürülməsi.
• İstifadəçi qəbul testlərinin (UAT) təşkili, ilkin yoxlamaların (sanity check) aparılması və nəticələrin təhlili.
• Yeni sistem funksionallıqlarının təqdimatı, istifadəçi təlimlərinin təşkili və istifadəçilərə dəstəyin göstərilməsi.
• Change request-lərin, sistem yeniləmələrinin və versiya dəyişikliklərinin izlənməsi və sənədləşdirilməsi.
• Əlaqəli sistemlərin inteqrasiyası və məlumat axınlarının texniki və funksional baxımdan izlənməsi və dəstəklənməsi.
Yumşaq bacarıqlar
  • Məsuliyyət
  • Biznes yönümlülük
  • Analitik düşünmə qabiliyyəti
  • Aktivlik (enerji, cəldlilik)
  • Adaptasiya
  • Problem həlletmə
  • Təşəbbüskarlıq
Texniki səriştəliklər
  • Ali təhsil (İnformasiya Texnologiyaları, Biznesin İdarə Olunması, İqtisadiyyat və ya əlaqəli sahələr), texniki təhsilə üstünlük verilir.
  • Minimum 1–3 il uyğun iş təcrübəsi və ya bankda həmin sahə üzrə ekspert vəzifəsində iş təcrübəsi
  • Proqram təminatının hazırlanması nəzəriyyəsinə bələdlik.
  • SQL və verilənlər bazası ilə işləmə bacarığı (Oracle üstünlükdür).
  • İT layihələrinin idarə olunması alətləri ilə iş təcrübəsi (Jira, Confluence, Visio, Draw.io və s.).
  • Azərbaycan və ingilis dillərində sərbəst ünsiyyət bacarığı (rus dili əlavə üstünlükdür).
Dil biliyi
  • Azərbaycan - Mükəmməl
  • İngilis - Orta
Sosial şəbəkələrdə paylaş
Vakansiya tarixi
01 Oktyabr 2025
Bitmə tarixi
31 Oktyabr 2025
Təhsil səviyyəsi
Ali təhsil - bakalavriat
Sahə üzrə iş təcrübəsi
1 - 3 il
Struktur
Proseslərin idarə edilməsi departamenti / Biznes və İT analitika şöbəsi
Ünvan
Bakı, Ağa Nemətulla küç. 219
Abunə olmaqla bütün yeniliklərimizdən eləcə də aktiv vakansiyalardan xəbərdar ola bilərsiniz